Zenit Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Türkiyə çempionatından Rusiyaya yollanan futbolçulara daha biri əlavə oluna bilər.
"Football-plus.az" xəbər verir ki, ''Zenit'' ''Trabzonspor''lu Felipe Auqustoya ciddi maraq göstərir.
Hətta iddialara inansaq, bu futbolçunun meneceri Lekka De Kamarqo ''Zenit'' rəsmiləri ilə danışıqlar aparmaq üçün Rusiyaya yollanıb. Piterlilər qış transfer dönəmində də braziliyalı yarımmüdafiəçini heyətə qatmağa cəhd etmişdilər. Ancaq çempionluq mübarizəsi aparan ''Trabzonspor'' əsas futbolçularından birini bonuslarla birlikdə 14,5 milyon avroya satmaqdan imtina etmişdi. Buna baxmayaraq Sankt-Peterburq nəhəngi bu dəfə keçidi rəsmiləşdirmək niyyətindədi.
Türkiyədə ilk mövsümünü keçirən 22 yaşlı Auqusto qaradənizlilərin liderlərindən hesab olunur. Bu mövsüm 33 rəsmi oyunda 13 qol vuran və ''Trabzonspor''la 2029-a qədər müqaviləsi olan Auqustonun transfer dəyəri 10 milyon avro civarındadı.
Qeyd edək ki, ''Zenit'' qışda ''Fənərbaxça''lı Con Duranı heyətinə qatmışdı. Mövsümün əvvəlində isə ''Fənər''dən Ciku və ''Beşiktaş''dan Fernandeş ''Spartak''a yollanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Aprel 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















