Zərdab seçiciləri YAPın namizədlərini dəstəkləyəcəklər
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Dəkkəoba bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev partiyanın seçki proqramı barədə ətraflı məlumat verib. O bələdiyyələrin bugünədək bir çox yerli əhəmiyyətli layihələrin icrasında mühüm rol oynadıqlarını bildirib. İ.Əliyev yerli özünüidarəetmənin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılmasının önəminə diqqətə cəlb edərək seçkilər nəticəsində yeni formalaşacaq bələdiyyələrdə təmsil olunacaq YAP üzvlərinin bu istiqamətdə sistemli fəaliyyət göstərəcəklərini bildirib.
Bələdiyyə üzvlüyünə namizədlər Əli Cəlalzadə, Zəridə Məmmədova, Bəxtiyar Orucov, Səbuhi Rəhimli, Xəzri Rəhimli, Gülay Soltanova, Təvəkkül Sadıqov, Yaqub Soltanov və Canpolad Vəliyev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıblar. Onlar bələdiyyələrin qarşısında önəmli vəzifələrin dayandığını vurğulayaraq yeni hədəflərin uğurla reallaşdırılması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilərdən Salman Bədəlov, Yusif İsayev və digərləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 13 Yanvar 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















