Icma.az
close
up
RU
Zərdabda dəfn zamanı dirilən Səriyyə “İki mələk mənə dedi ki...” VİDEO

Zərdabda dəfn zamanı dirilən Səriyyə “İki mələk mənə dedi ki...” VİDEO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tibbdə kliniki ölüm deyilən bir anlayış yer alır. Kliniki ölüm üç-altı dəqiqə ərzində yaşanır. Klinik ölüm nə qədər erkən hiss edilsə, ölən şəxsin həyata qaytarılma şansı o qədər böyük olur.
Bəzən real həyatda kliniki ölüm keçirənləri bilməyərəkdən dəfn edirlər. Belə hadisələr nadir hallarda yaşansa da, Azərbaycanda da baş verdiyi istisna deyil.
İllər əvvəl belə nadir hadisə Zərdabda yaşanıb. Rayonun Məmmədqasımlı kəndində uzun Səriyyə deyilən bir qadın dəfn olunduğu zaman anidən oyanıb.
Bu barədə sözügedən şəxsin yaxın qohumu  İmran Məmmədov  Bizim.Media-ya danışıb:
“Hadisə uzun illər əvvəl baş verib. Mənim o zaman yaşım az idi. Səriyyə nənəyə kənd arasında uzun Səriyyə deyilirdi. O bir gün dünyasını dəyişdi. Gecə olduğu üçün saxladılar və səhər dəfn olunmağa apardıq. Dəfn zamanı üstünə torpaq töküb, ağac qoyulurdu ki, birdən səs eşidildi. Sən demə Səriyyə Alıyeva sağ imiş” – deyə o bildirib.
İmran Məmmədov qeyd edir ki, Səriyyə nənə ayılandan sonra bizə o dünyanın varlığı barədə danışdı:
“O deyirdi ki, mən o biri dünyanı görüb gəldim. O dünyanın haqq olduğunu anladım. Qəbirə qoyulan kimi iki mələk qapıdan girib mənə dedi  ki, sən 80 yaşa  kimi yaşayacaqsan və heç vaxt övladın olmayacaq. Sonra ayıldım ki, üstümə torpaq tökülür” - deyə müsahibimiz əlavə edib.
Müsahibimizin dediyinə görə Səriyyə Alıyeva həqiqətən də 80 yaşında dünyasını dəyişib və övladı olmayıb.
Doğrudanmı, dünyasını dəyişmiş şəxsin dəfninə tələsirik? Ölən şəxsi neçə gün sonra dəfn etmək doğrudur?
Məsələyə münasibət bildirən Tural İrfan qeyd edir ki, İslam dininə görə  ölüm dəqiqləşməyibsə insanı dəfn etmək doğru deyil:
“Ölünü tez, yaxud gec dəfn etmək barədə Quranda bir şey deyilmir. Amma mahiyyəti budur ki, ölünün ehtiramı aradan getməmiş dəfn etmək lazımdır. Böyük İslam hüquqşünası və həkim - filosofu İbn Rüşd və İbn Sina isə qətiyyətlə bəyan edib, sübut edirdilər ki, infarktdan, damar tıxanmasından və oxşar problemlərdən vəfat edən insanları 72 saat dəfn etmək olmaz. Onlar mütləq həyata qayıdır. Əsasən onlardan qan almaq yolu ilə həyata qaytarmaq mümkündür” - deyə ilahiyyatçı bildirib.
Tural İrfan əlavə edib ki, bir çox insanlar da dövrümüzdə tam ölməmiş yaxud kliniki ölüm halında tələsik dəfn edilir:
“Şəxsən mən bir neçə belə faktla rastlaşmışam. Hətta həkim adama ölüm diaqnozu qoymuşdu, dəfn işləri görülən zaman adam ayılıb həyata qayıtdı. Ucqar rayonlarımızın birindən olan digər bir kişiyə də məşhur paytaxt xəstəxanalarının birində ölüm diaqnozu qoyulub rayona yola salıblar. Bir neçə saatlıq səfərdən sonra qəsəbəyə daxil olanda “ölü” dirilərək yanındakı adamlara şiddətli şəkildə acdığını demişdi. Birinci şəxslə də, ikinci ilə də həmsöhbət olmuşam.
Birinci şəxs həmin hadisədən sonra bir neçə il yaşadı. İkinci isə hazırda rayonlarımızın birində yaşayır. Odur ki, ölüm dəqiqləşməmiş dəfn etmək doğru deyil” - deyə müsahibimiz qeyd edib.

İllahiyyatçının fikrincə ölümü din xadimi yox, tibb mütəxəssisləri təyin etməlidir, özü də dəqiq...
Dəfn etməyə də tələsmək lazım deyil. Peyğəmbərin özünü vəfat etdikdən 2 gün sonra dəfn ediblər. Bunun özü bir nümunə olmalıdır. Bəzi yerlərdə din xadimləri kiminsə öldüyünü eşidən kimi başqa dəfnlərə və yaslara da çatmaq üçün tələsik adamı dəfn etdirirlər ki, qazanc əldə etsinlər. Onlara əhəmiyyət vermək olmaz. Müasir zamanda ölmüş adamı lazım gələndə müxtəlif tibbi müdaxilələrlə uzun müddət də saxlamaq olur. Dində ölünü tez dəfn etmək barədə qəti hökm yoxdur.

Aygün Hüseyn, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri