Icma.az
close
up
RU
Zərdabda meşə zolağını bir məmur məhv edir VİDEO

Zərdabda meşə zolağını bir məmur məhv edir VİDEO

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zərdab rayonunda meşə zolağı prezidentin sərəncamı ilə məhv edilib?

Sual olaraq oxuyanda belə təəccübdən adamın gözləri böyüyür. Amma nə qədər təəccüblü olsa da bu sözləri Zərdab rayonunun Yuxarı Seyidlər kəndində Kürqırağı ərazidə Tuqay meşə zolağının demək olar ki, axırına çıxan "Körpü-Bina-Tikinti" MMC-nin məsul əməkdaşı Məhəmməd adlı şəxs özü şəxsən bizə deyib.

Məhəmməd bəy bunu niyə deyib biz danışaq, siz qulaq asın.

Hurriyyet.az xəbər verir ki, DogruXeber.az-ın redaksiyasına Zərdab rayonunda böyük bir meşə zolağının məhv edilməsi ilə bağlı məlumat daxil oldu. Məlumatı dəqiqləşdirmək məqsədilə əməkdaşlarımız rayonun Yuxarı Seyidlər kəndinə gedib, deyilən ünvanda olub, vəzifəli şəxslərin bir zad özlərinin nəzarəti altında törədilmiş yaşıl terrorun nəticələrini lentə alıblar.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə həmin ərazidə Dövlət Su Ehtiyatları Agentliyinin (DSEA) layihəsi əsasında suvarma üçün beton kanalın çəkilməsi nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsi isə ya təsadüfdənmi, ya məqsədli şəkildəəmi əvvəllər Meliorasiya və Su Təsərrüfatı ASC-nin, indi də ADSEA-nın tenderlərinin tez-tez qalibi olan Podratçı şirkət "Körpü-Bina-Tikinti" MMC həyata keçirir. Podratçı şirkətin sözügedən ərazidəki məsul şəxsi Məhəmməd bəyə bələdçiliyi isə Bıçaqçı, Sileyli və Yuxarı Seyidlər kəndlərinin Su mirabı işləyən Hüseyn Rəhmanov edir.

Bizə verilən məlumata görə, Hüseyn Rəhmanov da "Fürsət bu fürsət" deyib, mövcud durumu öz xeyrinə dəyərləndirməyə başlayıb. Belə ki, o, məhv edilmiş meşə zolağının bir hissəsini yavaş-yavaş öz pay torpaqlarına qatıb, təsərrüfat sahəsini genişləndirir.

Materialları əldə etdikdən sonra "DogruXeber.az" informasiya agentliyinin direktoru Kamal Əsgərov adı çəkilən tərəflərin də mövqeyini öyrənmək məqsədilə birinci növbədə podratçı şirkətin məsul şəxsi olduğu deyilən Məhəmməd bəyə zəng etdi. Məhəmməd bəy jurnalist adını eşidən kimi, "iş vaxtım bitib, mən cavab verə bilmərəm" deyib, cavab tapa bilmək üçün növbəti günə qədər vaxt qazandı.

Hüseyn Rəhmanov isə Məhəmməd bəyə nisbətən biraz təcrübəsiz davrandı.

O, əvvəlcə bunun dövlət layihəsi olduğunu, podratçı şirkət olan "Körpü-Bina-Tikinti" MMC tərəfindən həyata keçirildiyini dedi. Sözügedən ərazilərin bir qismini öz pay torpaqlarına qatmasının dövlət layihəsi ilə nə kimi əlaqəsi olduğunu soruşduğumuzda isə o, gah bizə məlumat verəni, gah da bizi təhdid etməyə başladı. Belə olan halda onun danışdıqlarını bəyənməyib, özü danışmaq üçün telefonu onun əlindən alan, avtomobilinin bahalı nömrəsini səsləndirməklə güya "arxalı-dayaqlı" olduğuna işarə vuran, adını deməyə isə xeyli israrımızdan sonra güclə cəsarət edən, amma eyni zamanda bu işlərin harasında olduğunu, nə kimi aidiyyatı olduğunu bilmədiyimiz Məmmədov Səxavət adlı şəxs isə, Şirin kişi demişkən, "hərbə-zorba"dan birbaşa keçid elədi "dostluq əlaqələri"nə. Tanımadığımız müxbir tanışlarının adını çəkməklə, bizə "zeytun budağı uzadan" Səxavət bəy də Hüseyn Rəhmanovun ümidlərini doğrulda bilmədi. Beləcə söhbət bitdi.

Amma yoox, biz bitdiyini zənn etmişik.

Təsəvvür edin, aradan bir neçə dəqiqə keçdikdən sonra Hüseyn Rəhmanovun adını zorla aldığımız oğlu Elvin Rəhmanov zəng edib başladı el dilində desək, qabaqdangəlmişlik etməyə.

Özünü gah hərbiçi, gah, veteran, gah qazi kimi təqdim edən Elvin güya atasını təhdid etdiyimizi, buna görə atasının halının pisləşdiyini və xəstəxanaya düşdüyünü dedi.

Əvvəla, hərbi hissədə mülki sürücü işləyən Elvin Rəhmanovun sahib olmadığı qazi, veteran statusundan sui-istifadə etməyə çalışması, üstəlik bu statuslardan istifadə edərək, jurnalisti təhdid etməsinin özü qanuna zidd əməl hesab olunur.

İkincisi də ki, media nümayəndəsi tərəfindən ona verilmiş, meşə zolağının məhv edilməsi və fürsətdən istifadə edib, öz təsərrüfat ərazisini böyütmək barəsindəki sualına görə Hüseyn Rəhmanovun halının pisləşməsi, cavab vermək əvəzinə telefon dəstəyinin əldən-ələ keçməsi, buna görə jurnalistin təhdid edilməsi daha böyük şübhələr yaradır.

Yeri gəlmişkən, Xəlil Göyüşovun fikirləşmək üçün xeyli zaman əldə edən səlahiyyətlisi Məhəmməd bəyə ertəsi gün yenidən zəng etdik, bu dəfə isə o, elə cavab verdi ki...

Təsəvvür edirsiniz?

Məhəmməd bəy deyir ki, ölkə başçısının sərəncamı ilə ağacları məhv ediblər.

Deyir, "Bu dövlət layihəsidir və ölkə başçısının 2024-cü ilin may ayında verdiyi sərəncamda da deyilir ki, meliorativ tədbirlər zamanı ağacların kəsilməsi üçün icazə alınmır."

Məhəmməd bəy, bu meliorativ tadbir deyil. O, ağaclar köhnə, istifadəsiz kollektorun içində, yaxud ətrafında sonradan bitməyib, söhbət Tuqay meşə zolağından gedir. Qaldı ki, lap deyək ki, siz haqlısınız. Dövlət layihəsi məhz meşə zolağının yerin düşüb. Axı, elə olsaydı belə, ağaclar kəsilməli deyil, başqa bir əraziyə köçürülməli idi.

P.S: Yuxarıda qeyd etdiyimiz məlumatlar barəsində tərəfimizdən aidiyyatı üzrə dövlət qurumlarına göndərilmiş rəsmi sorğuların cavablarını gözləyirik.

Araşdırmalarımız davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see408

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see371

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see351

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see338

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see330

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see299

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see263

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see258

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see252

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see238

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see226

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see193

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see184

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see180

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see178

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see177

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see175

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see167

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see165

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri