Zərdabda yeniyetmənin Kür çayında batması ehtimal olunur, dalğıclar axtarış aparırlar AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zərdab, 25 dekabr, R.Türkoğlu, AZƏRTAC
Zərdabda 13 yaşlı yeniyetmənin Kür çayında batması ehtimalı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən axtarışlar davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində 8-ci sinif şagirdinin batması ehtimal olunur. Azyaşılın atasının sözlərinə görə, ötən gün səhər saatlarında qızı məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə getməyib. Sonradan onun çantasının Kür çayının kənarından aşkar edilməsi, onun çayda batması ehtimalını artırıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu və hüquq mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda azyaşlının axtarışları davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 25 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















