Icma.az
close
up
RU
Zərərçəkən evlər yenidən tikiləcək FHN dən AÇIQLAMA

Zərərçəkən evlər yenidən tikiləcək FHN dən AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev sel və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-cı ilin dövlət büdcəsindən Prezidentin ehtiyat fondundan ümumilikdə 85,8 milyon manatdan çox vəsait ayrılıb. Bu vəsait Bakı şəhərində və bölgələrdə leysan yağışları nəticəsində yaranmış ziyanın aradan qaldırılması, infrastrukturun bərpası və gələcəkdə oxşar halların qarşısının alınması üçün istifadə olunacaq. Ayrılan vəsait müxtəlif qurumlar - Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Su Ehtiyatları Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi və “Azərişıq” ASC arasında bölüşdürülüb.

Redaktor.az Sərəncama uyğun görüləcək işlərlə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanlayıb.

Qurumdan bildirildi ki, müvafiq tapşırığa əsasən, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə respublika ərazisində müşahidə olunan leysan xarakterli yağışlar nəticəsində ziyan görmüş yaşayış evlərinə və istinad divarlarına vizual-texniki baxış keçirib və müvafiq aktlar tərtib ediblər:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Fövqəladə Hallar Nazirliyinə sel nəticəsində zərər görmüş ərazilərdə ümumilikdə 52 fərdi yaşayış evinin və 7 istinad divarının yenidən tikintisi işi tapşırılıb ki, bununla əlaqədar Nazirliyin layihə institutları tərəfindən layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. Layihə-smeta sənədləri hazır olduqdan sonra tikinti işlərinə başlanılacaqdır. Bu işlər əsasən Xaçmaz, Quba, Şabran, Siyəzən, Qusar və Xızı rayonlarını, eləcə də Bakı şəhərini əhatə edir. Qeyd edək ki, bu Sərəncam dövlət başçısının çətin vəziyyətə düşmüş ölkə vətəndaşlarına humanist münasibətinin, diqqət və qayğısının növbəti təzahürüdür. Nəzərə alaq ki, digər ölkələrdə təbii fəlakətlərdən ziyan çəkmiş evlər adətən sığorta şirkətlərinin hesabına bərpa edilir".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Aprel 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri