Icma.az
close
up
RU
Zərərçəkənlər danışdı, Vardanyan dinlədi

Zərərçəkənlər danışdı, Vardanyan dinlədi

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 21-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab verən zərərçəkmiş Bəylər Şabanov qeyd edib ki, Suqovuşandan Ağdərə-Kəlbəcər istiqamətində hərəkət edərkən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən içərisində olduqları “Niva” markalı avtomobilə atəşlər açılıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Zərərçəkmiş Kənan Rzazadə bildirib ki, Kəlbəcər rayonu ərazisində üzərində fərqlənmə nişanı olan tibbi yardım maşınında hərəkətdə olan zaman düşmən tərəfindən avtomobilin minaatan mərmisi ilə vurulması nəticədə o və həmin vaxt yanında olan Elvin Süleymanov yaralanıb.

Hasil Talıbov diqqətə çatdırıb ki, Zəngilan rayonu ərazisində düşmənin təxribatı nəticəsində Fərid Mehbalı və Elşən Babazadə həlak olub, o, İlkin Vasalov, Mehdi Yusifov və daha bir neçə nəfər müxtəlif xəsarətlər alıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Zamin Əmralı qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində Fərid Rüstəmov və Nahid Məmmədov həlak olub, o, Fərid Məmmədov, Saleh Həsənov və daha bir neçə şəxs yaralanıb.

Zərərçəkmiş Orxan Ələsgərov ifadəsində bildirib ki, Kəlbəcər rayonunda düşmənin açdığı artilleriya atəşi nəticəsində xəsarət alıb, həmin vaxt yanında olan Sərxan Ömərov isə həlak olub.

Zərərçəkmiş İbrahim Mayıllı qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində Fərid Mehbalı, Təbriz Rəhimov həlak olub, o, Rahib Məmmədov, Seymur Həsənli və daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Alim Məhərrəmov bildirib ki, Qubadlı rayonu ərazisində düşmənin basdırdığı minaların təmizlənməsi işləri ilə məşğul olan zaman partlayış baş verib. Hadisə nəticəsində o, V.Nağıyev, E.Əlişanov və V.İbrahimov müxtəlif xəsarətlər alıblar.

Zərərçəkmiş Fərid Şahbazov bildirib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində o, Sadiq Şəkərov və Murad Əliyev yaralanıblar.

Zərərçəkmiş şəxs Pərviz Şirinov qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan qumbaranın yanında partlaması nəticəsində o, Elnur Soltanov və Sadiq Həmidov xəsarətlər alıblar.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən zərərçəkmişlər - Murtuz Namazov və Məhəmməd Gilmizliyev bildiriblər ki, Zəngilan rayonu ərazisində meşə yolunda düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər alıblar. M.Namazov başından yaralanıb, M.Gilmizliyevin isə sağ ayağı dizdən amputasiya olunub.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Sərxan İsgəndərov qeyd edib ki, Ağdərə rayonunun Gülyataq kəndi ərazisində düşmən tərəfindən avtomat silahdan açılmış atəşlər nəticəsində yaralanıb.

Zərərçəkmişlər Abdul Məlikov, Mərdan Allahverdiyev və Sahil Rəsulov bildiriblər ki, Ağdərə rayonunun Vəngli kəndi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin və əl qumbaralarının yaxınlıqlarına düşərək partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmin hadisədə Zamin Həsrətov, Bayram Hüseynov, Tamerlan Rəşidli, Sübhan Abbasov, Rəvan Məmmədov, Emin Cəfərov da yaralanıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Ramil Manafov qeyd edib ki, Zəngilan rayonu ərazisində düşmənin açdığı atəşlər nəticəsində xəsarət alıb.

Samir Əkbərov dedi ki, Ağdam rayonu ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarət almış şəxslərin təxliyəsi zamanı özü və yanında olan bir neçə şəxs də minaya düşüb və partlayış nəticəsində yaralanıblar.

Zərərçəkmiş Rüstəm Rüstəmov isə ifadəsində qeyd edib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində yaralanıb.

Ramal Bədəlli və Xəyal Hacıyev də ifadələrində müxtəlif istiqamətlərdə düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Daha sonra məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see313

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see232

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see192

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see190

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see184

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see182

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see178

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see176

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see176

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see175

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see175

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see173

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see172

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see169

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see168

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see150

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see150

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see150

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see147

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri