Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Zərərli vərdiş və asılılıq arasındakı fərq nədir? HƏKİM AÇIQLADI

Zərərli vərdiş və asılılıq arasındakı fərq nədir? HƏKİM AÇIQLADI

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lent.az Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlının müsahibəsini təqdim edir:

- Fidan xanım, ilk öncə bilmək istərdik ki, asılılıq dedikdə nə nəzərdə tutulur?

- Asılılıq – bir maddənin və ya davranışın insana zərər verəcək həddə gəlib çatmasına baxmayaraq, qarşısının alına bilməməsi, bunun üzərində kontrolun itirilməsi halıdır.
Asılılığı olan şəxsdə maddəni yenidən istifadə etmək və ya davranışı təkrarlamaq üçün güclü bir istək ortaya çıxır. Zaman içərisində eyni hissləri yaşamaq üçün dozanı artırmalı olur, yəni tolerantlıq formalaşır. İstifadə olmadıqda isə, Abstinent sindromu (kəsilmə sindromu) dediyimiz bir hal ortaya çıxır. Yəni, fiziki və psixi olaraq narahatlıq hiss edilir.
Asılılıq insanın beyninə, onun qərar vermə, mükafatlandırma mexanizminə təsir edir. Ona görə də, bunun aradan qaldırılması çətinləşir.

- Zərərli vərdiş və asılılıq arasındakı fərq nədir?

- Vərdiş və asılılıq arasındakı ən önəmli fərqlərdən biri kontrol hissinin itirilməsidir. Asılılıq başladığı nöqtədə artıq idarəetmə itirilir. Qarşısı alına bilməyən bir istək formalaşır və bir çox hallarda mənfi təsirlər açıq-aşkar görünsə belə, davranış davam etdirilir.
İkinci bir fərq budur ki, asılılıq insanın getdikcə daha çox zamanını almağa başlayır. Bu da həmin şəxsin gündəlik həyatına mənfi təsir edir: o, işinə, münasibətlərinə, zaman ayıra bilmir. Vərdişlər isə çox zaman insanın məsuliyyətlərinə maneə olmur.
Üçüncü bir faktor isə budur ki, asılılığı olan şəxs üçün nəticə heç bir əhəmiyyət kəsb etmir. İnsan bu davranışın sağlamlığına, işinə, maddi durumuna və insanlarla olan münasibətlərinə çox ciddi təsiri olduğunu görsə də, bunu davam etdirir.

- Asılılıq yaranması riskini ilkin uşaqlıq dövründə müşahidə etmək mümkündürmü?

- Araşdırmalar göstərir ki, müəyyən davranışlara sahib uşaqların irəliki dövrdə asılılıq formalaşdırma riski digərlərinə nisbətdə daha yüksək ola bilir. Bu davranışlara hiperaktiv və diqqət əksikliyi yaşayan uşaqları misal göstərə bilərik.
İmpulsiv hərəkətlər edən və riskli davranışlara meyilli uşaqlar da bura aiddir. Bu uşaqlar və yeniyetmələr riskli və təhlükəli fəaliyyətlərdən həzz alır və daha çox macəra və həyəcan axtarırlar, öz hərəkətlərinin isə nəticələrini düşünmürlər.
Emosional vəziyyətin tez-tez və kəskin dəyişməsi halları da diqqəti tələb edir. Belə uşaqlarda narahatlıq, depressiya, əsəbilik və ya həyəcanlanma kimi hallar özünü çox göstərir. Emosional disbalans isə gələcəkdə riskli davranışlara gətirib çıxara bilir.
Uşaqların özünə inam və özünə hörmətin aşağı olması onların riskli davranışlara və maddə istifadəsinə yönəldə bilər. Özünü dəyərsiz hiss etmək digər insanların təsirinə daha asan düşmək üçün şərait yarada bilir.
Qeyd etmək lazımdır ki, bu davranışların olması qəti olaraq heç bir fikir deməyə əsas vermir. Amma xüsusi bir yanaşma və diqqət tələb edir. Erkən yaşda bu davranışların aşkar və müdaxilə edilməsi uşaqların sağlam, balanslı bir həyat sürməsinə kömək edə bilər.

- Nəyə görə yeniyetməlik dövrü asılılıq məsələlərində xüsusi diqqət tələb edir?

- Yeniyetməlik dövrü (12-18 yaş arası) bir çox səbəbə görə asılılıqların yaranmasında ən önəmli dönəm hesab olunur. Bu dövrdə bədən və beynin sürətli inkişafı, sosial, emosional və psixoloji dəyişikliklər, yeniyetmələrin asılılıqlara qarşı daha həssaslığa səbəb olur.
Təcrübə göstərir ki, 18 yaşına qədər maddə istifadə edən gənclərin irəliki dövrlərdə asılılıqdan əziyyət çəkmə ehtimalı digərlərinə nisbətdə daha yüksəkdir. Eyni zamanda, bu dönəmdə başlayan asılılıq və pis vərdişlər onların təhsilinə, gələcək kariyerasını qurmasına ciddi problemlər yaratmaqla da bütün gələcəklərini təhlükə altına atır.
Yeniyetmələrdə asılılıqların qarşısının alınması üçün təhsil və maarifləndirmə böyük əhəmiyyət kəsb edir. Çox zaman, uşaqlar bu maddələrin nə qədər təhlükəli olduğunu bilmir və təsirinin bu qədər dağıdıcı olacağının fərqində olmurlar.

- Kimlər asılılıq formalaşmasında risk qruplarıdır?

- Asılılıq formalaşmasında müxtəlif amillər və vəziyyətlər risk qruplarını müəyyən edir. Risk qrupları psixososial, genetik, bioloji və ətraf mühit faktorlarına görə təsnif edilə bilər.
Ailədə asılılıq problemi olan şəxslərin olması asılılıq riskini artırır. Bu, həm genetik meyillilik, həm də öyrənilən davranış nümunələri ilə əlaqədar ola bilər.
Psixoloji və emosional problemlərin olması da maddə istifadəsi riskini artıra bilər. Zorakılığa məruz qalan şəxslər streslə mübarizə üçün bu vasitələrə əl atması ehtimalı az deyil.
Sosial çevrə və mühit faktorunu da vurğulamaq lazımdır.

- Övladlarını asılılıqlardan uzaq saxlamaq üçün valideynlər nə kimi addımlar ata bilər?

- Ailədə açıq və davamlı ünsiyyətin olması çox önəmlidir. Valideynlər etibarlı mənbələrdən asılılıqlar haqqında informasiya toplayıb övladlarının yaşlarına uyğun olaraq onlara dəqiq və düzgün məlumat verməli, suallarını cavablandırmalı və fikirlərini dinləməlidirlər.
Bununla yanaşı, uşaqlara emosional dəstək vermək və onların hisslərini anlamağa çalışmaq çox önəmlidir. Ailədə məhəbbət və dəstəyin olması uşağın özünə inamının və özünü qiymətləndirməsinin inkişaf etməsində çox önəmlidir.
Valideynlər özləri də müsbət davranış nümunəsi olmalıdırlar. Spirtli içki və siqaret istifadəsindən uzaq durulmalıdır.
Uşaqların dostlarına, çevrəsinə və sosial media istifadəsinə diqqət yetirilməlidir. Məktəbdə və məktəbdənkənar fəaliyyətləri dəstəklənməlidir. İdman və yaradıcı sənət növlərinə maraqları təşviq edilməlidir. Bu həm uşaqların inkişafını dəstəkləyəcək, eyni zamanda onların asudə vaxtlarını səmərəli keçirməsinə imkan yaradacaqdır.

- Oyun asılılığının uşaqlara təsiri haqqında məlumat verərdiniz...

- Telefon, kompyuter, internet, sosial media asılılıqları texnologiya asılılığının növləridir. Bu sadalananların heç biri özlüyündə ziyanlı və ya dağıdıcı bir təsirə malik deyil. Hətta yerinə görə olduqca lazımlı və funksionaldır. Burada təhlükəli olan asılı davranışdır. Texnologiya asılılığının digər asılılıqlar kimi bir sıra simptomları var. Burada tolerantlıq, kəsilmə sindromu, mənfi nəticələrinə baxmayaraq davam edən istifadə, sosial fəaliyyətlərin kəskin azalması, bu cihazlarla həddindən artıq zamanın keçirilməsi və uğursuz azaltma cəhdləri misal göstərilə bilər. Bu asılılıqlar sosial və psixoloji problemlərə səbəb olur. Texnologiya asılılıqları məktəbli və tələbələrdə aşağı qiymət, iş yerində məhsuldarlığın azalması kimi nəticələrlə yanaşı, baş ağrısı, yuxusuzluq, enerji azlığı kimi problemlərə gətirib çıxarır.
Texnologiyadan olan asılılıq artıq çox erkən yaşlardan etibarən ortaya çıxır. Bunun qarşısını almaq üçün uşaqları cihazlardan mümkün qədər uzaq saxlamaq, müəyyən yaşlardan sonra isə valideyn kontrolunda limitli zaman fasiləsində istifadə daha məqsədəuyğundur.

- Maddə asılılığı istifadəçinin ailəsinə və yaxın çevrəsinə necə təsir göstərir?

- Maddə asılılığı istifadəçinin ailəsinə və yaxın çevrəsinə emosional, psixoloji, maliyyə və sosial aspektlərdən təsir edir və ailənin bütün üzvlərinin həyat keyfiyyətini ciddi şəkildə azaldır. Ailə üzvləri daimi narahatlıq və stress altında olur. Xüsusilə valideynlər və həyat yoldaşlarında depressiya və təşviş halları özünü göstərir. Ailədaxili münaqişələr artır. Bu ailələrdə maddiyatla bağlı olaraq da problemlər ortaya çıxır. Maddə asılılığı olan şəxsin ailəsi sosial izolyasiyaya məruz qalır, çünki digər insanlar onlarla əlaqə saxlamaqdan çəkinirlər.

- Ailədə asılılığı insanın olduğu təqdirdə, bu ailələrə necə kömək etmək olar?

- Bu ailələr üçün psixoloji dəstək və yardımın göstərilməsi streslə başa çıxmaq üçün olduqca önəmlidir. Ailə üzvləri maddə asılılığı və onun təsirləri haqqında, yaranma səbəbləri, əlamətləri və müalicə yolları barədə məlumatlandırılmalıdırlar. Bu yolla onlar həm asılı ailə üzvünü daha yaxşı anlayacaq, münasibətləri qınaq üzərinə deyil, dəstək üzərinə qurulacaq. Eyni zamanda, müalicə dönəmi və sonrasında nə kimi addımlar atmalı olduqlarını, necə kömək edə biləcəklərini öyrənəcəklər.
Bu ailələri pozitiv fəaliyyətlərə yönəldərək, əhval-ruhiyyəni yüksəltmək olar. Bununla ailə üzvlərinin birlikdə keyfiyyətli zaman keçirməsini təşviq etmək mümkündür.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see756

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see322

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see310

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see306

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see272

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see263

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see260

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see257

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see252

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see248

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see244

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see239

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see226

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see226

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see218

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see212

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see206

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see205

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see204

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri