Icma.az
close
up
RU
Yevlaxda Zərifə Əliyevanın xatirəsi anıldı Fotolar

Yevlaxda Zərifə Əliyevanın xatirəsi anıldı Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlax ŞİH başçısı Anar Tağıyev,  Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının, rayon Ağsaqqalar Şurasının, Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin, rayonda yerləşən regional idarələrin, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Yevlax ŞİH başçısı A.Tağıyev tədbirdəki çıxışında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin anası Zərifə хanımın gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn, zəngin mənəviyyata sahib əsl ziyalı kimi keçdiyi ömür yolunun gənclərimizə parlaq nümunə olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanım özündə əsl Azərbaycan qadınının ideal obrazını cəmləşdirib. Zərifə Əliyeva peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim olub. O, işlədiyi bütün dövrlərdə həkim peşəsini vicdanla yerinə yetirərək oftalmoloq alim kimi həmişə insanların sağlamlığının qayğısına qalıb. İcra başçısı qeyd edib ki, Zərifə xanımın nəcib fəaliyyəti, insanlara göstərdiyi diqqət və qayğı ona qəlblərdə könüllərdə əbədiyaşarlıq qazandırıb.

Deputat İlham Məmmədov, Yevlax RMX-nin direktoru F.İsmayılov çıxışlarında görkəmli alim, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğularaq, akademikin Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən və böyük alimin xalqımız qarşısında əvəzsiz xidmətlərindən geniş danışıblar.

Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının musiqiçilərinin ifasında musiqi nömrələri səsləndirilib.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri