Icma.az
close
up
RU
Zeyd Döyüş Mərkəzi ilə MMA və Qrapplinq Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Zeyd Döyüş Mərkəzi ilə MMA və Qrapplinq Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

24 noyabr 2024-cü il tarixində Bakı İdman Sarayında "Zeyd" Döyüş Mərkəzinin (Zeyd Fight Center-ZFC) geniş tərkibdə iclası keçirilib. İclasda ZFC-nin İdarə Heyətinin üzvləri, MMA və digər döyüş növləri üzrə klub rəhbərləri, məşqçilər, idmançılar və media nümayəndələri iştirak ediblər.

Oxu.Az-ın məlumatına görə, tədbirdə ZFC tərəfindən qrapplinq döyüş növü üzrə Qazaxıstanda keçirilən dünya çempionatında yer tutan idmançılar mükafatlandırılıblar.

"Zeyd" Döyüş Mərkəzinin prezidenti Vüqar Tağıyev çıxış edərək, rəhbərlik etdiyi qurumun məqam və məqsədləri barədə qısa məlumat verib.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının (AMMAGF) prezidenti Azad Əsgərov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, ortaya çıxan problemlərdən, "Zeyd" Döyüş Mərkəzi ilə əməkdaşlıq planlarından danışıb. Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi "Zeyd" Döyüş Mərkəzinə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra "Zeyd" Döyüş Mərkəzi ilə MMA Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki qurum MMA döyüş növünün inkişafı, uşaqların, yeniyetmə və gənclərin idmana cəlb edilməsi, yerli və beynəlxalq yarışların təşkili və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib-hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı əməkdaşlıq əsasında fəaliyyət göstərəcək.

Anlaşma Memorandumunun imzalanmasından sonra Qazaxıstanın paytaxtı Astanada keçirilən qrapplinq döyüş növü üzrə dünya çempionatında ölkəmizi təmsil edərək yüksək nailiyyətlər qazanan idmançılar "Zeyd" Döyüş Mərkəzinin rəhbəri Vüqar Tağıyev tərəfindən mükafatlandırılıblar.

Tədbirin davamında perspektiv planlar, yeni təkliflər, ortaya çıxan problemlər müzakirə olunub, federasiya və mərkəzin rəhbərliyi tərəfindən məşqçilərin və idmançıların sualları cavablandırılıb.

Sonda ZFC-nin 2025-ci il üçün görəcəyi tədbirlər üzrə təqvim planı elan olunub. ZFC-nin rəhbəri Vüqar Tağıyevin sözlərinə görə, may ayına qədər iki yarışın keçirilməsi nəzərdə tutulub. O cümlədən 14-16 fevral 2025-ci il tarixlərində ZFC-nin ilk açıq çempionatının keçiriləcəyi elan olunub. Bu məqsədlə ZFC-nin prezidenti Vüqar Tağıyev tərəfindən təşkilat komitəsi yaradılıb. Komitəyə ZFC-nin 1-ci vitse-prezidenti Y.Hüseynov rəhbər təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Noyabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri