Zibil pulu, dayanacaq pulu... Yaşayış komplekslərindəki komendantlar özbaşına irihəcmli vəsaitlər yığırlar
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mənzil Məcəlləsinin 109-cu maddəsinə görə, MTK-lar yalnız müvəqqəti yaradılır və bina istismara verildikdən 1 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməlidir. 112.1-ci maddəyə əsasən, pay haqqını tam ödəyən şəxs MTK-dan çıxaraq mülkiyyət hüququnu əldə edə bilər. İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsi MTK-ların vaxtında ləğv edilməməsinə görə cərimə nəzərdə tutur (vəzifəli şəxslər üçün 2000 AZN, hüquqi şəxslər üçün 5000 AZN).
Son illərdə MTK-ların zibilpulu, binanın saxlanması, komendantın haqqı, dayanacaq pulu və sair adlar altında irihəcmli vəsaitləri yığaraq, binanın saxlanması üçün faktiki olaraq heç bir iş görməmələri böyük narazılıqlara səbəb olmaqdadır. Sakinlərin getdikcə artan şikayətlərində qeyd olunur ki, hər ay komendantlar onlara kart göndərərək, 80, hətta 200 manata qədər pul tələb edirlər. Bunu onlar “lifti təmir edirik”, “həyəti işıqla təmin edirik”, “təmizlik edirik” və s. bəhanələrlə istəyirlər. Sakinlər etiraz etdikdə qaz, su, işıq kimi xidmətlər qanunsuz olaraq kəsilir.
MTK-lar MMC-lər yaradaraq özlərini idarəçi kimi təqdim edir, lakin bu yalnız sakinlərin ümumi yığıncağının qərarı ilə mümkündür (Məcəllə 141.2 və 141.3). Ümumi yığıncaqların keçirilməsi çətinləşir, çünki bir çox mülkiyyətçi binada yaşamır və ya maraqlı deyil. Bəzi hallarda saxta protokollarla yığıncaq keçirildiyi iddia olunur, iki MMC yaradılaraq vergidən yayınma halları baş verir.
Yeni tikilmiş binada MTK tərəfindən verilən sənəd mülkiyyət hüququnu təmin edirmi?Mənzil sahibləri binanın idarəçiliyini öz üzərinə götürmək istədikdə, hansı hüquqi prosedurları izləməlidir?MTK-ların fəaliyyətinə dair şikayətləri hansı qurumlar araşdırır?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına əmlak eksperti Elnur Azadov bildirib ki, 99 % halda bu istehlakçıların müxtəlif formada hüquqları tapdalanılır: “Ölkədə nəzərə alsaq ki, 2000-dən çoxmənzilli bina varsa, toplam milyondan çox Azərbaycan vətəndaşı çoxmənzilli binaların istehlakçısıdır. Demək olar ki, 99 % halda bu istehlakçıların müxtəlif formada hüquqları tapdalanır. Qanunvericiliklə bəli, MTK fəaliyyətini bina istismara qəbuldan sonra ləğv olunmalıdır və onun yerində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) cəmiyyəti yaradılmalıdır. Baxmayaraq ki, ölkədə sayı 2500-ə çatan yeni tikilmiş MTK əsaslı bina varsa, bina inşa olunub bitəndən sonra müştərək cəmiyyəti yaradılmalıdır. Onun heç 10 %-i Müştərək Cəmiyyətə çevrilməyib. Yəni 8-10 % arasında rəqəmlər dəyişir, maksimum 200-ə yaxın müştərək cəmiyyət yaradılıb. Baxmayaraq ki, müştərək cəmiyyət yaradılıb. Yenə də müştərək cəmiyyəti yaradanları da demək olar ki, hamısı dolayı yolla idarəetməni öz əllərində saxlamaq məqsədi ilə bunu edirlər. Bu da o deməkdir ki, bu sahədə özbaşınalıq hökm sürür”.
Elnur Azadov
Elnur Azadov qeyd edib ki, vətəndaşlar hələ də öz hesablarına böyük bir həcmdə qanunsuz şəkildə ödənişlər etməyə davam edirlər: “Demək olar ki, bütün yaşayış komplekslərində bu və digər hüquq pozuntuları olub, var və hələ də davam edir. Rəqəm də olduqca böyükdür. Milyona yaxın Azərbaycan istehlakçısı bundan əziyyət çəkir. Bu problemin həll olmasında da heç bir ciddi addım atılmır. Çıxış yolları odur ki, kütləvi təbliğat aparılmalıdır. Burada müştərək cəmiyyətinin yaradılması, yaxud binanın başsız qalması ilə bağlı cərimələr də var. Bu, yerli bələdiyyə qurumlarıma aiddir, lakin heç bir cərimələr tətbiq olunmur. Buna görə ki, İnzibati Xətalar Məcəlləsində əks olunmayıb. Yalnız qeyd olunub ki, əslində Qanunvericilikdə bina başsız qala bilməz, nəzarətsiz qala bilməz. Mütləq olaraq idarəedici olmalıdır. Dolayı yolla, qismən qanunsuz şəkildə bu idarəetmə təşkil olunur. MTK 90 % hallarda demək olar ki, ləğv olunmur. Bu yaşayış komplekslərində komendant özbaşınalığı baş verir. Komendant özbaşına yığımlar edir. Bu da "kölgə iqtisadiyyatı"nda böyük bir rəqəmdir.
Maraqlı tərəfi odur ki, vətəndaşlar hələ də öz hesablarına böyük bir həcmdə qanunsuz şəkildə ödənişlər etməyə davam edirlər. Vətəndaşlardan müəyyən vəsait toplanılır və onlara da qarşı istifadə olunur. Təsəvvür edin ki, hər bir istehlakçı həm pul ödəyir, həm ödədiyi vəsait də ona qarşı da istifadə olunur. Rəqəm çox böyükdür. Ən çox da yeni tikililərin çox olduğu şəhərlərdə - Bakı, Sumqayıt və Xırdalandadır”.
Elnur Azadov vurğulayıb ki, vətəndaşlar hüquqlarını bilmirlər və bunu təmzimləyən təəssüf ki, mexanizmlər yoxdur: “Həll yollarına gəldikdə, burada çox böyük bir təbliğat işləri aparılmalıdır. Hökumət buna ciddi nəzarət mexanizm tətbiq etməlidir. Öncə burda problem müştərək cəmiyyətin yaradılmasıdır. Vətəndaşlar hüquqlarını bilmirlər və bunu təmzimləyən təəssüf ki, mexanizmlər yoxdur. Bunu məcbur edə bilən yerli icra qurumları, üzərinə düşən bir məsələdir, onlar da vətəndaşlar üçün təbliğat işləri aparmalıdırlar. Müştərək cəmiyyətinin yaradılmasında aktiv olmalıdırlar. Nəzərə almaq lazımdır ki, vətəndaşların toplanması, bir yerə yığılması və iclasların keçirilməsi üçün şərait də olmalıdır. Ümumiyyətlə, heç bir yaşayış kompleksində də bu şərait yoxdur. Bu da o deməkdir ki, gələcəkdə bunun rəqəmsallaşması lazımdır və bu proses virtual şəkildə həyata keçirilməlidir. Düşünürəm ki, ASAN xidmət və yaxud digər dövlət qurumları tərəfindən bu məsələ ilə bağlı işlər aparılmalıdır. Qeyd etmək lazımdır ki, İqtisadiyyat Nazirliyində hələ vaxtilə ərsəyə gətirilən vətəndaşların hüquqlarını qoruyan müvafiq qurum var. Mənzil Mülkiyyətçiləri Birliyi yaradılıb və dırnaqarası qanuni fəaliyyət göstərir”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















