Icma.az
close
up
RU
“Zibil torbası ilə yatıb artıqları yeyən turistlərik biz” Aygün Qoca

“Zibil torbası ilə yatıb artıqları yeyən turistlərik biz” Aygün Qoca

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İroniya ilə sual verirəm: Heç görmüsünüz azərbaycanlılar hansısa ölkəyə 1 çemodanla gedib 1 çemodanla da qayıtsın? Mən görməmişəm.Lakin xarici vətəndaşları görürəm. Bizdə kimliyindən asılı olmayaraq hər kəs ölkəyə qayıdanda alverçiyə bənzəyir. Səbəbi isə ölkədə çox şeyin çatışmazlığı və insanın ehtiyaclarıdır. Xarici vətəndaş bir ölkəyə səfər edərkən oradan ya maqnit alır ya da suvenir. Biz evdəki hansısa əşyanın xarab olmuş detalının təzəsinə qədər alıb gətiririk. Ona görə ki, ya bizdə yoxdur ya da satıcı bizə on qat qiymətə, üstəlik saxtasını sırıyacaq. Son vaxtlar isə qarşıma özlərini bloger adlandıran, normal həyatda heç bir bacarığı, qabiliyyəti, təhsili, savadı, dünyagörüşü, mədəniyyəti, hərtərəfli əyarı düşük, xarakteri əzik və əskik insanların paylaşdıqları videolar çıxır. Getdikləri ölkələrin mədəniyyətini insanlara tanıtmaq əvəzinə ancaq yedikləri yeməkləri və aldıqları "bahalı" geyimləri göstərirlər. Ardınca da o "möhtəşəm" sual gəlir: Siz bunları bilirdiniz və ya görmüşdünüz?  Yox! Görməmişik. Biz xarici ölkələrə gedəndə gecəni mağazaların qapısında üzərimizə zibil setkaları örtüb yatırıq. Gündüzləri yeməkxanaların yanında gəzib, onun bunun boşqabında qalan artıqları yeyirik.  Arada boş meydanlarda mahnı oxuyub, rəqs edirik. Bəlkə qəpik-quruş verən olar deyə. Nəhayət, biz heçnə görməmişik və bilmirik. Hər şeyin ən düzünü siz bilirsiniz. 

Bir dəfə xarici ölkərələrin birində mağazada gəzirəm, bir sıra o tərəfdən azərbaycanlı digər turistlərin səsini eşitdim. Yaxınlaşıb salam verdim, ayaqüstü hal-əhval tutduq və sağollaşdıq. Təzəcə uzaqlaşmışdım ki, həmən qadının mənin üçün dediklərini eşitdim. "Az deyəsən kasıbdı. Yanındakı: Nə bildin?  Az yetimin geyimini görmədin nə gündədi ?! "Ya səbr" deyib getdim. İndiyədək yadıma düşür, gülürəm. Yaxşı ki, həmən an o qadına cavab verməmişəm. Hadisə böyüyə və ölkədən deportasiya ola bilərdik. Amma hələ də məni maraqlandıran bəzi məqamlar var ki, beynimdə analiz edirəm. Biz eyni ölkədə, eyni mağazada idik. Demək ki, təyyarə bileti almağa və o ölkədə bir neçə gün qalmağa vəsaitim çatıb. Turist olduğum üçün üzərimdə rahat idman geyimi vardı. Allaha şükür anam-atam da həyatdadırlar. İşim gücüm, evim eşiyim, sahib olduğum statusum da var. Bu insanlar hansı təfəkkürlə, hansı beyinlə yaşayırlar mənə çox maraqlıdır?! Düşünəndə ki,  Azərbaycanda hələ də kişilərin şortik geyinib- geyinməməsi müzakirə olunur, susdum. Nə qədər ki, beyinlər yox, binalar inkişaf edəcək, nəticə belə də olacaq. 

Aygün Qoca


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 May 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri