Zidan bu komandanı seçdi Danışıqlar aparır
Metbuat saytına istinadən Icma.az xəbər verir.
“Real”dan ayrılandan sonra işsiz olan Zinəddin Zidan yenidən futbola qayıda bilər.
Metbuat.az xəbər verir ki, Zidan Fransa millisinin yeni baş məşqçisi postuna əsas namizəddir. "Mundo Deportivo"nun məlumatına görə, Zidan Fransa Futbol Federasiyası ilə danışıqlar aparır. Bildirilir ki, Didye Deşam 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra məşqçi postundan gedəcək. Onun yerinə Zidan gələ bilər. Zidanla Fransa Futbol Federasiyasının müqavilənin detallarını müzakirə etdiyi irəli sürülür.
Qeyd edək ki, Fransanın baş məşqçisi Didye Deşam 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra millidən ayrılacağını açıqlamışdı. Zinəddin Zidanın isə “Real Madrid” və Fransa millisindən başqa komandada çalışmaq istəmədiyi barədə iddialar dərc edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 21 Fevral 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















