Icma.az
close
up
RU
Zındıq Valentinin günü varmı? İlham Tumas yazır

Zındıq Valentinin günü varmı? İlham Tumas yazır

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mən onun izini Roma tarixinin kifsəmiş dönəmlərində, Neronun, Kaliqulanın ehtiraslı və qanlı tamaşalarında, erkən dövrün xristianlarına qarşı düzənlənən hərbi və vətəndaş mübarizələrində axtardım. Kimdir bu adam? Kimdir bu adam ki, adıyla bağlı sevgi və məhəbbət bayramı müstəqillik savaşının acıları səngiyən kimi Qərbin digər yad dəyərlərindən fərqli olaraq, heç nəyə baxmadan özünü beyinlərə pərçim elədi? İslam ölkəsi olan Azərbaycanda onun qabağında heç nə dayana bilmədi. Əslində, qabağına çıxan da olmadı. Bəlkə bunlar hamısı xristian keşişi olduğu deyilən xaçpərəst Valentinin müqəddəsliyi ucbatındandır?

Valentin kimdir?

Erkən xristianlığın salnaməçiləri əsasən, üç Valentin haqqında xəbər verirlər. Bunlardan biri Romada xristianlığı yaydığı üçün 269-cu ildə başı bədənindən ayrılıb. İkincisi, loğman və xalq təbabətinin dərin bilicisi kimi şəhər rəisinin oğlunu xristianlığa cəlb etdiyi üçün edam olunub. 

Bizi maraqlandıran sonuncu Valentin isə birinci və ikinci Valentinlərin həyat yolunu və qabiliyyətlərini özündə birləşdirməklə yanaşı, qanunsuz nikah kəsmə işinin də bilicisiymiş. Bilinən odur ki, bu gün dünyanın əksər ölkələrində Sevgililər Günü kimi qeyd olunan “Valentin Günü” nə konkret şəxsiyyətə, nə də hansısa dəqiq tarixi hadisəyə əsaslanır. Sadəcə, rəvayət olunur ki, təxminən 269-cu ildə, İmperator Klavdinin dövründə ərazilərini genişləndirməyə çalışan Roma İmperiyası “əsgər aclığı” keçirdiyindən bir sıra tədbirlərlə yanaşı, orduda evlənmə hallarına qarşı da mübarizə aparır. Beləliklə, döyüşən Roma ordusunda əsgərlərə evlənməyə icazə verilmir.

Əfsanəyə görə, Terni şəhərindən olan Valentin isə İmperatorun bu əmrini pozaraq, gizlicə romalı əsgərlərlə sevgililərinin kəbinini kəsir. Buna görə də əsgərlərini subay, deməli, güclü və döyüşkən, həmçinin döyüşdən başqa heç nəyi düşünməyən fərdlər kimi görmək istəyən Klavdi qəzəblənərək, Valentini həbs etdirir. Sorğu-sual və üzləşdirmə zamanı məlum olur ki, Valentin təkcə kəbin kəsmirmiş. O, həm də küsüşən aşiq-məşuqlar üçün məktublar yazır, qızları, oğlanları bir-biriylə barışdırır, aşiqlərin adından məşuqlara, məşuqların adından aşiqlərə hədiyyələr göndərir, qısası, həmin dövrdə nə məhəbbət oyunu deyirsən, onların hamısından çıxır, cayıl diliynən desək, “papa rozalıq”, yaxud osmanlılar demiş, “pəzəvənglik” eləyir. Nəsə, Valentini bu əməllərinə görə tutub həbsxanaya salırlar. Ancaq sən demə, Valentin özü də həbsxana rəisinin qızına vurulubmuş. O, edamdan əvvəl qıza məktub yazmağa və məhəbbətini izhar eləməyə imkan tapır. Prinsipcə, Valentinin “həyat və yaradıcılığı” bundan ibarətdir.

Söylədiklərimizə Valentinin guya həbsxana rəisinin kor qızını müalicə eləməyi barədə detalı da əlavə eləsək, olar tamam. Göründüyü kimi, ilk baxışdan xeyli inandırıcı, bəzi istisnaları çıxmaq şərtiylə bir az da Valentinə mələk donu geyindirəcək qədər məsum hekayətdir. Əmmalar olmasaydı.

Olmayan Valentinin olmayan əməlləri

Mən, yaxud digəri Valentin haqqında bu nağıllamaya inanardı, əgər mövhumatın yerinə real tarix olmasaydı. Məsələ bundadı ki, sevgililərin kahini hesab olunan Valentin haqqında bildiklərimizin hamısı uydurma, tarixi faktların yerli-dibli inkarından savayı bir şey deyil. Bu keşişin əzablı həyatını əks etdirən məqamlara bircə-bircə nəzər salmaq üçün lap başdan başlayaq.

Nağıllama ondan başlayır ki, guya Roma İmperatoru Klavdi imperiyanın əzəmətini artırmaq və ərazilərini genişləndirmək məqsədiylə işğalçı müharibələrə hazırlaşır. Birinci yalan buradan başladı! Uzağa getməyib hələ tələbəlikdən masaüstü kitabım olan Roma tarixinin məşhur araşdırmaçısı Edvard Hibbonun “Roma İmperiyasının tənəzzülü və süqutu” kitabından oxuyuruq: “Roma İmperiyasının işğalçı potensialı artıq II əsrin əvvəlindən tükənmişdi. İmperator Trayan Şimali Mesopotamiyanı Roma İmperiyasına birləşdirdikdən sonra onun varisi imperator Adrian (98-117-ci illər) Romanın hücum strategiyasına qadir olmadığını başa düşərək, aktiv müdafiəni seçdi. Roma bu strategiyaya 200-220 il əməl elədi…” (E.Qibbon “The Decline and Fall Roman Empire” 1903). 

Beləliklə, məlum olur ki, Roma İmperiyası Valentinin də yaşadığı dövrdə, yəni İmperator Klavdinin hakimiyyəti vaxtı nəinki “dünyanı işğal eləmək” barədə düşünmürmüş, hətta “leş”ini zorla sürüyürmüş. Yəni, işğalçı müharibələr aparmaq fikrində deyilmiş və deməli, subay əsgər yığmağa da ehtiyac yoxuymuş.

Keçək ikinci məqama. O məqama ki, guya İmperator əsgərlərinə evlənməyi qadağan edir. Məşədi İbadın təbirincə desək, mən illərdir Roma tarixi oxuyuram, ancaq belə şeyə rast gəlməmişəm ki, hansısa imperator əsgərlərinə evlənməyi qadağan eləyə. Əksinə, oxumuşam ki, imperatorlar sərkərdələrinə tapşırarmışlar ki, hər döyüşdən sonra qənimət kimi məğlub dövlətin qadınlarını əsgərlərinə bağışlasınlar. Ki, ordunun mənəvi-psixoloji durumu yüksək olsun. Bəs haradan çıxıb bu “qadağa” məsələsi? Rəvayətə deyil, yenə tarixə müraciət etsək, məlum olar ki, Roma imperatorları qadınlarla evlənməyi əsgərlərinə o zaman qadağan edirdilər ki, ordu işğalçı müharibə aparırdı. Çünki işğalçı ordu bir şəhərdən o biri şəhərə, bir ölkədən digər ölkəyə keçdiyindən hər yerindən duran əsgər özünü bir şəhərdə, yaxud bir ölkədə bir qadının yanına salsa, daha orduda əsgər qalmaz ki. Yəni, Roma ordusunun əsgərlərinə yalnız və yalnız işğal başa çatmamış işğal elədikləri ölkənin qadınlarıyla evlənmək, ata olmaq qadağan edilmişdi.

Bəli, bax bu qadağa barədə Roma tarixində çox şeylər var. Məsələn, legionerlərin düşərgələrində qadın saxlamaq olmazdı, düşərgələrdə uşaq doğmaq, uşaq böyütmək qadağandı və sair və ilaxır.

Beləliklə, gəldik Valentinin əsl günahının üstünə. O günahının ki, guya yaramaz keşiş İmperatorun əmrinin əleyhinə çıxaraq, gizlicə əsgərlərin kəbinini kəsib. Artıq yuxarıda dedik ki, əsgərlərə yalnız düşərgə şəraitində evlənmək qadağan edilmişdi. O zaman düşərgə şəraitində olan, bir şəhərdən o biri şəhərə keçən orduda qadağan və təqib olunan xristian dininin keşişi Valentin nə gəzirmiş? Bunun səbəbini, deyəsən, Avqustinin “Xristianlığa aid 6 suala cavab” əsərindən tapmışam. Avqustin yazır: “İsa tərəfdarlarının həyatın ən vacib işləklərinə aid heç bir ayinləri yoxdur”. 

Rus filosofu Vladimir Slovyovdan isə oxuyuruq: “Xristianlıq özünün erkən dövrlərində heç bir dini ayini ehtiva etmirdi”. Bəli, hadisələrin baş verdiyi 269-cu ildə xristianlıqda dini qaydada kəbin kəsmək ənənəsi və qaydası belə olmadığı halda, Valentin hansı qaydaya, hansı dini ayinə görə kəbin kəsirmiş, bilmirəm.

Bu Valentin elə öləsiymiş

Gəldik Valentini ölümə sürükləyən səbəbin üstünə. Təəssüf ki, bu məsələdə də qeyri-müəyyənlik hökm sürür. Keşişin ölümünün bir neçə səbəbi ola bilər. Bu gün Valentinin adıyla bağlı Sevgililər Günü qeyd olunduğundan bütün səbəbləri bir kənara qoyub, İmperatorun əmrini pozaraq onun əsgərlərə kəbin kəsməsini araşdıraq. Ancaq kəbin məsələsinə azacıq əvvəl aydınlıq gətirdik. Məlum etdik ki, kəbin-filan boş şeydir, o zaman belə şeylər yoxuydu. Bəs nəymiş Valentinin günahı? Yenə tarixə müraciət edək. Krist Karlın “Roma imperatorlarının dövrü” kitabından oxuyuruq: “Legionerlər arasında yayılan homoseksualizmə qarşı çox ciddi tədbirlər görülürdü. Roma imperatorlarının gözündə xristianlıqla homoseksualizm eyni bəlaydı…”. 

Əgər keçmiş zamanlarda Valentinin heç də sevgililəri yox, yalnız kişi cütlükləri himayə etdiyini söyləyənlərin fikirlərini, Qərbdə və Amerikada onu homoseksualist hesab edənləri, Krist Karlın kitabından oxuduqlarımızı nəzərə alsaq, Valentinin orduda məhz mənəviyyatsızlıq yaydığı üçün edam olunduğunu güman etməyə tam əsasımız var. Nə olsun, bu zırramanın adı “Mavi” yox, “Müqəddəs” Valentin olub. Ona qalsa, qadın cütlüklərin də himayəçisi var ki, onun da adı “Müqəddəs Aqnessa”dır. Bəs Valentinin “müqəddəs”ləşməsinə səbəb nə olub?

Valentinin müqəddəsləşməsi

Bəri başdan deyək ki, Valentin qətiyyən katolik keşişi olmayıb. Axı, üçüncü əsrdə xristianlığın özü nəydi ki, hələ məzhəblərə də ayrılsın? Yəni, o vaxt xristianlıq hələ Qərbə və Şərqə bölünməmişdi, yalnız İsa tərəfdarları vardı. Sadəcə, Valentin Papa Helasiusun dövründə, daha dəqiqi, 496-cı ildə xristian əzabkeşi kimi kilsə tərəfindən müqəddəs elan olunub və fevralın 14-ü Müqəddəs Valentin Günü kimi qeydə alınıb. Papanın niyə məhz bu tarixi seçməsinin isə əsaslı səbəbi var. O vaxtlar Romada bütpərəstlik dövründən qalmış Kəbin ilahəsi Yunonun və Pan tanrısının adıyla bağlı ədəbsiz bir bayram varmış. Hər il fevralın 14-də camaat arvadlı-kişili Erotizm tanrısı Luperkalinin şərəfinə bir yerə yığılaraq, ədəbsiz qaydaları olan şənlik keçirərmiş. Qaydalara görə, cavan qızlar kişilərə sevgi məktubları yazaraq qutuya atarmışlar, sonra kişilər bu məktubları bəxtə-bəxt çıxararaq, bəxtlərinə düşən gözəllə eşqbazlıqla məşğul olurmuşlar. Lotereya qaydaları ilə sevişmədən Papanın bir gün canı boğazına yığılır və ədəbsiz bayramı unutdurmaq üçün illər əvvəl fevralın 14-də məhəbbətə görə edam edildiyi haqda dini rəvayətlərdə adı keçən keşiş Valentini müqəddəsləşdirir, onun adıyla bağlı təzə bayram “kəşf eləyir”.

Ancaq yalanın ömrü uzun olmur. Valentin və Valentin Günü vurğunlarını məyus edərək deməliyəm ki, 1969-cu ildə Roma Katolik Kilsəsi Papa Helasiusun bu səhvini düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahısından çıxararaq, Müqəddəs Valentin Günü bayramının keçirilməsini məsləhət görmür! Bu da Valentinin heç də düz-əməlli adam olmadığına dair daha bir sübut! Bilirsinizmi kiminsə Roma Katolik Kilsəsinin müqəddəslər siyahısından silinməsi nə deməkdir? O deməkdir ki, həmin adamın elə bir “qrex”i üzə çıxır, daha deyiləsi olmur. Deməli, Valentinin də belə bir “qrex”i üzə çıxır ki, 1969-cu ildə Roma Papası onu siyahısından silir.

Məhz buna görə də…

Məhz bu səbəbdən də Pravoslav Kilsəsi də 14 fevralda edam olunan və guya sevgililərin himayədarı olan Müqəddəs Valentin adında bir adam tanımır, tanımaq da istəmir! Məhz bu səbəbdən də Rusiyada artıq bir neçə ildir ki, Sevgililər Günü kimi qeyd olunan 14 fevral günü mütləq və mütləq millətçilərlə, xristianlığın bəzi məzhəblərinin davamçılarıyla 14 fevralı daha şaqraq keçirən cinsi azlıqların nümayəndələri arasında dava düşür, qan su yerinə axır; məhz bu səbəbdən də Kitabı olan dinlərdən birinə inanan hansısa mömin bəni-Adəm Valentin deyilən birisinin adıyla sevdiklərinin adını yanaşı işlətmir, bu günü bayram eləmir! Bizimkilərə nə düşüb, bilmirəm. Bilmək lazımdır ki, Valentin sadəcə, bir piardır, vəssalam! İtaliyada bu günü daha çox təbliğ eləyənlər pal-paltar, Fransada parfümeriya, Hollandiyada gül, İngiltərədə şokolad düzəldənlərdir ki, fevralın 14-də yaxşı alver eləyirlər.

Yaponlar 14 fevralı "lüt kişilər", amerikalılar isə "qoruyucu" günü kimi qeyd edirlər. Dünyanın ən dəqiq milləti almanlar isə bu gicbəsər Valentini adam yerinə qoymurlar. Ancaq “xətrinə də dəymirlər”. Çünki Almaniyada 14 fevral Müqəddəs Valentin Günü psixi cəhətdən sağlam olmayanların günü kimi qeyd olunur və siz fevralın 14-də Almaniyada olsanız, dəlixanaların pəncərələrindən, eyvanlarından asılan güllərə, qırmızı lentlərə təəccüblənməyin, hamı üçün yox, ağıldan kəmlər üçündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Fevral 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri