Zirə nin futbolçusuna viza verilmədi, Hayduk la oyunu buraxacaq SON DƏQİQƏ
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Zirə" avqustun 31-də səfərdə "Hayduk"la qarşılaşacaq. Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Xorvatiya klubu ilə heç-heçə edən qəsəbə təmsilçisini çətin səfər oyunu gözləyir.
Sportal.az saytının əldə etdiyi məlumata görə, "Zirə"nin bir futbolçusuna viza verilməyib. Anje Mutsinzi sənəd problemi üzündən bu görüşü buraxmalı olacaq. Xorvatiya səfirliyi ruandalı futbolçuya giriş izni tanımayıb.
Mutsinzi Avropada Portuqaliya və Norveç kimi ölkələrin klublarında çıxış edib, oturum icazəsinə malik olub. Yəni, bu qadağa onun özüylə bağlı deyil. Mutsinzinin girişinə əngəl kimi Belçika ilə Ruanda ölkələri arasında olan gərgin münasibətlər göstərilir. Xorvatiya səfirliyi də məhz bunu səbəb göstərib ruandalı futbolçuya viza verməyib.
Baxış sayı:42
Bu xəbər 27 İyul 2025 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















