Zirə nin Hayduk la oyun üçün səfər planı bilindi
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Zirə"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) oyun üçün səfər planları dəqiqləşib.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib.
"Zirə" Xorvatiyaya oyundan iki gün əvvəl - iyulun 29-də gündüz saatlarında çarter reysi ilə yollanacaq. Komanda oyundan dərhal sonra geri dönəcək. Bakı təmsilçisi Splitdə "Hotel President Solin"də məskunlaşacaq.
Qeyd edək ki, "Hayduk" - "Zİrə" matçı iyulun 31-də Splitdəki "Polyud" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflərin ilk qarşılaşmasında qalib müəyyənləşməyib (1:1).
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Baxış sayı:114
Bu xəbər 27 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















