“Zirə”də son durum toplanışa qatılmayan futbolçu varmı?
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Turan Tovuz”un üzləşdiyi bəxtsizlikdən sonra ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququ qazanan “Zirə” hazırlığa start verib.
Məlum olduğu kimi, “qartallar” çalışmalarını iyunun 25-dək Bakıda davam etdirəcək. Bu müddətdə bir yoxlama oyunu keçirən komanda Türkiyənin Bolu şəhərinə yollanacaq qəsəbə təmsilçisi iyulun 2-dək orda olacaq. Kollektiv bu çərçivədə iyunun 27-si və iyulun 1-də yoxlama oyunu keçiriləcək. Rəqiblər və oyunların başlama saatı hələ bəlli deyil.
Komanda hazırda yeni mövsümə tam heyətlə hazırlaşır. Daha doğrusu, klubla müqavilə müddəti davam edən bütün futbolçular düşərgədədi. Bu barədə “Football-plus.az”a “qartallar”ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib. Onun sözlərinə görə, heyətdə zədəli oyunçu yoxdu.
Xatırladaq ki, “Zirə” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstan “Torpedo”suyla üz-üzə gələcək.
KƏNAN BAHADIR
Baxış sayı:107
Bu xəbər 21 İyun 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















