Zirənin legioneri Liviyaya qarşı oynadı
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Zirə"nin müdafiəçisi Ange Mutsinzi Ruanda yığmasının heyətində növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, onun komandası Afrika Millətlər Liqasının seçmə mərhələsində Liviya ilə qarşılaşıb.
Mutsinzi 5-ci tur çərçivəsində baş tutan oyunda 90 dəqiqə meydanda olub. Qonaqlar sona yaxın görüşün taleyini həll edən yeganə topu vurublar. Autsayderlə görüşdə gözlənilməz məğlubiyyət Ruanda yığmasının növbəti mərhələyə yüksəlmək şansını minimuma endirib.
Qeyd edək ki, 5 oyundan sonra 5 xal toplayan ruandalılar 3-cü pillədə qərarlaşıblar. Angenin komandası son turda Nigeriyanın qonağı olacaq.
Baxış sayı:108
Bu xəbər 15 Noyabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















