Icma.az
close
up
RU
“Zirə”nin yarımmüdafiəçisi: “Qarabağ”ın tempi daha yüksəkdir

“Zirə”nin yarımmüdafiəçisi: “Qarabağ”ın tempi daha yüksəkdir

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Zirə"nin futbolçusu İsmayıl İbrahimlinin Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduz. Bu məğlubiyyətə nə səbəb oldu?
- ⁠Gərgin və maraqlı qarşılaşma idi. Belə komandalarla görüşdə əlinə düşən fürsətlərdən yararlanmaq lazımdır. Amma biz yararlana bilmədik. Oyunun sonlarındakı epizodun penalti olduğunu deyirdilər.
- Bəs matçın əvvəlindəki epizod necə? Səncə, penalti deyildi?
- ⁠Meydanda gördüyümə əsasən deyə bilərəm ki, penalti verilməli idi.
- Rəqibin sürəti və tempi ilə ayaqlaşa bilirdiniz. Yaxşı nəticə üçün ustalıq səviyyəsi həlledici rol oynadı?
- ⁠Demək olar ki, başa-baş mübarizə aparırdıq. Amma "Qarabağ"ın gücü hamıya bəllidir. Onların oyun tempi daha yüksəkdir. Belə olanda da mübarizə aparmaq çətindir. Məncə, buna baxmayaraq yaxşı oyun nümayiş etdirdik. Belə komandalarla oyunda şans da sənin tərəfində olmalı idi. Bəzi epizodlarda isə belə olmadı.
- Mövsümün sonuna az qalıb. Avrokuboka vəsiqə qazanmaq şanslarınızı necə görürsünüz?
- ⁠Hazırda avrokuboklar uğrunda gərgin mübarizə gedir. Bacardığımız qədər yuxarı pillədə olmaq niyyətindəyik. Artıq hər oyunda bizə qələbə lazımdır. Çempionat həqiqətən gərgin keçir. "Kəpəz"lə görüşdə xal itirdik. Həmin rəqib avrokuboklara iddialı "Sumqayıt"a qalib gəldi. Oyunlar arasında fərq qoymuruq. Bizi daha çətin mübarizə gözləyir.
- Çempionatdakı fasilədən əvvəl "Karvan-Yevlax"ın qonağı olacaqsınız. Bu qarşılaşma ilə bağlı fikirlərin...
- ⁠Səfərə yalnız qələbə üçün gedəcəyik. Çətin olacağını bilirik. "Karvan-Yevlax"ın son matçda "Arax-Naxçıvan"a necə problem yaratdığını gördük. Burada meydan amili də önəmli rol oynayır.
- Aprelin əvvəlində Azərbaycan Kubokunda yarımfinala start veriləcək. Səncə, kubok yolu avrokuboklar üçün daha asandır?
- ⁠Artıq kubokda üç matçda məsələni həll etmək olar. Amma kubok yolu daha risklidir. Çünki ilk növbədə finala çıxmalısan. Çempionatda yer tutmadan fikrimizi finala yönəltsək, bu, riskdir. Belə bir şey etmək fikrimiz də yoxdur. Ona görə Premyer Liqada maksimum qədər yuxarı pilləyə qalxmaq niyyətindəyik.
- Martın sonunda ölkəmizdə "FIFA Series – 2026" turniri keçiriləcək. Dəvət gözləyirsənmi?
- ⁠Əlbəttə. Hər bir futbolçu kimi mən də yığmanın heyətində yer almaq istəyirəm.
- Səncə, milli bu turnirin qalibi ola bilər? Komandamız üçün mübasib rəqiblərdir...
- ⁠Bəli. Niyə də qalib gəlməyək? Milli komandaya çağırılsaq, məşqçilər rəqiblər haqqında bizə daha yaxşı məlumat verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Mart 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri