Icma.az
close
up
RU
Zirvə görüşündə dünyaya yayılan mesaj

Zirvə görüşündə dünyaya yayılan mesaj

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəbələ yenidən tarixi bir hadisəyə şahidlik etdi. Bu dəfə qədim diyarın sükutunu pozan çıxışlar təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının gələcək yol xəritəsini müəyyənləşdirdi. Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü burada keçirildi və bu görüş sadəcə diplomatik toplantı deyil, yeni geosiyasi konsepsiyanın başlanğıcı kimi tarixə düşdü. Cənab Prezident İlham Əliyevin çıxışı zirvənin əsas ruhunu, məqsədini və strateji xəttini formalaşdırdı. Onun səsi Qəbələdən bütün Türk coğrafiyasına yayılan birlik, güc və həmrəylik çağırışı kimi səsləndi. Dövlət başçısının vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı artıq yalnız əməkdaşlıq platforması deyil, beynəlxalq münasibətlərdə söz sahibi olan geosiyasi mərkəzə çevrilib. İlham Əliyev dedi: “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.” Bu bəyanat Türk birliyinin ideyadan siyasi reallığa, oradan da qlobal gücə çevrilməsini simvolizə edir. Azərbaycan isə bu prosesdə həm siyasi, həm iqtisadi, həm də mənəvi lider rolunu oynayır.

Dövlət başçısı çıxışında ortaq tarixi köklərin və mənəvi dəyərlərin bu birliyin əsasını təşkil etdiyini vurğuladı. “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir,” – deyən cənab Prezident, Türk dövlətləri arasında birliyin təbii və qardaşlıq əsasına söykəndiyini qeyd etdi. Azərbaycanın TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə ayırması bu həmrəyliyin gücləndirilməsi istiqamətində konkret addım və liderlik nümunəsidir.

Ölkə Prezidenti İlham Əliyev sülh və təhlükəsizlik məsələlərini Türk birliyinin təməl prinsipləri kimi dəyərləndirdi. “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil,” – deyə vurğulayan dövlət başçısı, Türk ölkələrini birgə müdafiə və hərbi əməkdaşlığın genişləndirilməsinə çağırdı. O, 2026-cı ildə Azərbaycanda TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təşəbbüs, Türk birliyinin təhlükəsizlik sahəsində real güc mərkəzinə çevrilməsinin göstəricisidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə, 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra suverenliyin tam bərpası bu güc modelinin praktik sübutudur. “Bu nailiyyət yalnız Azərbaycanın milli iradəsinin təntənəsi deyil, həm də bölgədə ədalət və sabitliyin təmin olunmasına mühüm töhfədir,” – deyə Prezident qeyd etdi.

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də ATƏT-in münaqişə ilə bağlı strukturlarının bağlanması Cənubi Qafqazda yeni reallığın bərqərar olduğunu sübut etdi. Bu,cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın sülh gündəliyinin qələbəsidir. Türk dünyasının birliyini gücləndirən digər əsas amil nəqliyyat və enerji əlaqələridir. Prezident İlham Əliyev bildirdi: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır.” Son illərdə bu istiqamətdə böyük nəticələr əldə edilib — Orta Dəhlizlə daşınan yüklərin həcmi 90 faiz artıb, tranzit müddəti isə əhəmiyyətli dərəcədə azalıb. Ələt Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər donanması və 9 beynəlxalq hava limanı Azərbaycanın regionda mühüm logistika mərkəzi statusunu daha da möhkəmləndirib. Zəngəzur dəhlizi isə Türk dünyasının strateji xəritəsini tamamlayan mühüm arteriya kimi dəyərləndirilir. Prezident vurğuladı: “Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutu çərçivəsində ikinci nəqliyyat xətti kimi qlobal əhəmiyyət daşıyır.”

Enerji istiqamətində də Azərbaycan etibarlı tərəfdaş mövqeyini qoruyur. Dövlət başçısı qeyd etdi ki, “hazırda 14 ölkəyə təbii qaz ixrac edirik və coğrafi əhatəsinə görə boru kəmərləri ilə qaz ixrac edən ölkələr arasında Azərbaycan birinci yerdədir.” Bununla yanaşı, 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin olunması planı Türk dünyasında yaşıl enerji ideyasının əsas hədəflərindən birinə çevrilib. Cənab Prezident İlham Əliyev çıxışında qardaş ölkələrin işğaldan azad olunmuş ərazilərin bərpasına göstərdiyi mənəvi və maddi dəstəyi də xüsusi minnətdarlıqla qeyd etdi: “Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyət göstərir. Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan məktəb, Türkmən qardaşlarımızın Füzuli məscidi Türk həmrəyliyinin canlı təcəssümüdür.” Bu layihələr birliyin yalnız sözlə deyil, əməli işlərlə möhkəmləndiyini nümayiş etdirir.

Qəbələdə keçirilən Zirvə görüşü bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq təkcə regionun deyil, beynəlxalq sistemin yeni güc mərkəzidir. Prezident İlham Əliyevin uzaqgörən liderliyi bu birliyi strateji tərəfdaşlıq, iqtisadi inteqrasiya və mənəvi dirçəliş mərhələsinə daşıyır. Bu Zirvədən dünyaya yayılan əsas mesaj budur: Türk birliyi artıq bir ideya yox, gələcəyin real siyasi həqiqətidir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri