Icma.az
close
up
RU
Zirvəyə ucalan ömür

Zirvəyə ucalan ömür

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bəzi talelər var ki, kiçik yaşlardan çətinliklərlə, sınaqlarla yoğrulur. Lakin məhz o sınaqlar insan ruhunu poladlaşdırır, onu xalqın gözündə qəhrəmana çevirir. 19 avqust günü dünyaya göz açan, qısamüddətli ömrünə böyük bir şərəf dastanını sığdıran Eldar Xəlilov məhz belə unudulmaz oğullarımızdandır. O, soyqırımı və deportasiya acısını uşaqlıq illərində yaşamış, amma qəlbindəki Vətən sevgisini hər şeydən uca tutaraq dövlətçiliyimiz uğrunda canından keçmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Eldar Xəlilov 1988-ci ildə ermənilərin deportasiya siyasəti nəticəsində doğma dədə-baba yurdundan ailəsi ilə birgə məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. İbtidai və orta təhsilini tamamladıqdan sonra hərbi xidmətə yollanmışdır.

Eldar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında xidmət etmişdir. Birinci Qarabağ müharibəsi dövründə xidmət borcunu şərəflə yerinə yetirmiş, hərbi intizamı və vətənpərvərliyi ilə seçilmişdir.

1995-ci ilin mart hadisələri zamanı dövlətçiliyin qorunması, konstitusiya quruluşunun müdafiəsi və asayişin təmin edilməsi üzrə xüsusi tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.

 Eldar Xəlil oğlu Xəlilov 19 avqust 1976-cı ildə Zəngibasarın Zəngilər kəndində dünyaya göz açıb. 1983-cü ildə burada məktəbə getmiş, altıncı sinfə qədər öz doğma kəndlərində təhsil almışdır. 1988-ci ildə yüz minlərlə soydaşlarımız kimi öz doğma yurdlarından zorla qovulduqdan sonra o, ailəsi ilə birlikdə paytaxtın Bakıxanov qəsəbəsində məskunlaşmışdır. Təhsilini 96 və 252 saylı orta məktəbdə davam etdirmiş, sonra Bakıdakı 10 saylı texniki-peşə məktəbini bitirmişdir. Eldar 1994-cü ilin sentyabrın 29-da Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Hərbi hissədə qısamüddətli təlim dərsləri keçir... O, erməni işğalçıları ilə deyil, dövlətçiliyimizə xəyanət edən qüvvələrə qarşı mübarizə aparmalı olur.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində idi. Lakin Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı.

Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi.

Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. 

Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərini, dövlətin mövqeyini dünyaya çatdırmış, bununla da, ölkəmizə diqqət və maraq güclənmişdir. Qısa bir zamanda, Ulu öndərin müdrik siyasəti nəticəsində, ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Belə ağır zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu.

Vətənə, elinə-obasına sədaqətli olan adamlar, hər zaman olduğu kimi, 1995-ci ilin mart hadisələri zamanı bu dəfə də ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdilər. Vətənə xəyanət edən cinayətkar ünsürlərin həbs olunmasını, törətdikləri bəd əməllərə görə cəzaya layiq görülməsini istədilər. Nəticədə, respublikamızın müstəqil dövlətçiliyinə qəsd etmək xülyasına düşənlərin arzuları gözlərində qaldı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu qanlı olaydan uzun illər keçsə də heç kim yaddan çıxmır, unudulmur. Vətənin bütövlüyünü, onun müstəqilliyini arzulayıb sevənlərin və bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi kimi qalıb. Çünki bu olaylar qaragüruhçu qüvvələr tərəfindən müasir dövlətçilik tariximizə vurulan qara ləkə, dövlətçiliyimizə namərdcəsinə endirilən xəyanət qəsdi idi.

1995-ci ilin mart ayında, ölkə vətəndaş müharibəsi təhlükəsini yaşadığı bir vaxtda, 19 yaşlı Eldar da vətənpərvərlik borcunu yerinə yetirməkdən ötrü silahlı dəstəni zərərsizləşdirmək üçün döyüşə qatılır. O, Azərbaycan əsgərinə xas olan döyüş əzmkarlığı nümayiş etdirirdi. Təəssüf ki, bu qarşıdurma itkisiz ötüşmədi. Qarşı tərəfdən açılan atəş Eldarın gənc ömrünə son qoydu.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Paytaxtın Sabunçu rayon Bakıxanov qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Vaxtilə oxuduğu 252 saylı orta məktəbdə isə Qəhrəmana həsr olunmuş guşə yaradılmışdır. Qəsəbədə büstü qoyulmuşdur.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri