Icma.az
close
up
RU
Ziyəddin Əliyevin Avropadakı biznesi aşkarlandı: Görün, nələri var

Ziyəddin Əliyevin Avropadakı biznesi aşkarlandı: Görün, nələri var

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyev Avstriyanın paytaxtında ötən il "Belezza" adlı mebel mağazası açıb. "BELEZZA Design & Concept GmbH" 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib. Pravda.az axar.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib.

O, şirkətin 33 faizlik pay hüququnun Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizinin onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizinin isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirildiyini yazıb:

"Şirkətin nizamnamə kapitalı 35 000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir. Ötən ilin fevralın 3-də həmin ünvanda eyni adlı mebel mağazasının dəbdəbəli açılışı olub.

Ziyəddin Əliyevin Avstriyada fəaliyyət göstərən daha bir şirkəti - "S.M.A.N" Business Solutions GmbH 2016-cı ildə qeydiyyatdan keçib və 2023-cü il məlumatlarına görə ümumi aktivləri 6,5 milyon avro təşkil edir. Keçmiş icra başçısı bu şirkəti Çexiyadakı digər bir şirkəti - "AZ SERVIS - NR s.r.o" üzərindən təsis edib.

Ziyəddin Əliyev Ukraynada asfalt zavodunun və bir neçə şirkətin benefissiarıdır, Türkiyədən Ukraynaya müxtəlif inşaat malları ixrac etməklə məşğuldur. Məsələn, C01458122 pasport seriyasının sahibi olan sabiq icra başçısı Lvov vilayətində fəaliyyət göstərən "ALOV TOV" (MMC) üçün material alışını həyata keçirib. "ALOV" LLC Ziyəddin Əliyevin sifarişi ilə onun icra başçısı olduğu illərdə 8429, 8474 və 8479 saylı ixrac kodları ilə 8 təchizatçıdan 77 yük idxal edib. Bu idxalın 44-ü İtaliyadan, 11-i Türkiyədən, 4-ü Almaniyadan, 2-si Azərbaycandan, 1-i Çindən və 14-ü qeyd olunmayan ölkələrdən həyata keçirilib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Aprel 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see128

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see127

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see124

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see124

Rusiya Ukraynanın itkilərini yenilədi KONKRET

11 İyun 2025 15:44see122

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see120

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see119

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see119

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see117

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see116

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see116

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see116

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see116

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see115

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see115

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see115

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see114

Yuxuda müdürünün ad gününü təbrik etmək nə deməkdir?

11 İyun 2025 09:51see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri