Icma.az
close
up
RU
Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb ekspertiza rəyi VİDEO

Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb ekspertiza rəyi VİDEO

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 iyul, AZƏRTAC

Səfərov Ziyəddinin ölüm haqqında tibbi şəhadətnaməsi bizə təqdim edilib. Bildirilib ki, ölüm xəstəlikdən baş verib. Ona ürəyin kəskin işemik xəstəliyi diaqnozu qoyulub.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı AZƏRTAC-da keçirilən mətbuat konfransında bildirib.

Ədalət Həsənov deyib: Lakin meyitin xarici müayinəsi zamanı çoxlu xəsarətlər, qançırlar, sıyrıqlar, hematomalar müşahidə etdik. Bədən başdan-başa hematoma idi. Hər iki gözün ağlı qişasında, sağ alın və gicgah nahiyələrində qansızmalar, sağ gözün üst və alt qapaqlarında, boyunun sol və sağ yarısında, döş qəfəsinin sol qoltuqaltı nahiyəsində qançırlar, sol çiyinüstü nahiyədə qançırlı sıyrıqlar müşahidə edilib. Döş qəfəsi deformasiyalı və asimmetrikdir. Döş qəfəsinin sağ yarısının yan səthində zolaq şəkilli sıyrıqlar vardı. Qarının sağ yan səthində və qalça qanadı hüdudunda qançırlı sıyrıqlar, bud, baldır və topuq nahiyələrinin sıyrıqları və qançırları, xayalığın dərisində qeyri-müəyyən formalı qırmızımtıl, göyümtül rəngli qançırlar müşahidə olunub”.

Onun sözlərinə görə, Ziyəddin Səfərovun meyitinin daxili müayinəsi zamanı aşkarlanan dəyişikliklər, heç də Hüseyn Səfərovun meyitinə qoyulan diaqnozlardan fərqlənmir. “Belə ki, müayinə zamanı başın dəri örtüyünün iç səthinə, baş beynin sərt və yumşaq qişalarına qansızmalar, döş qəfəsinin küt travması, sıxılması aşkarlandı. Ən çox döş qəfəsində, xüsusilə iki xətt üzrə çoxsaylı sınıqlar vardı. Sol tərəfdə, eləcə də paravertebral onurğanın sağ tərəfi boyunca da sınıqlar müşahidə edildi. Bu, sol tərəfdən güclü sıxılmanın olduğunu göstərir. Həm solda ön tərəfdə, sağda arxa tərəfdə bütün qabırğaların hamısı sınmışdı. Kobud yerdəyişən sınıqlar ağciyəri zədələyib. Hətta qabırğalardan birini tapa bilmədik, onu yəqin Rusiyada müayinə zamanı götürüblər”, - deyə o əlavə edib.

Ədalət Həsənov bildirib ki, Ziyəddin Səfərovun ölümünə səbəb çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş ağır posttravmatik şokdur.

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.

İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see214

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see190

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see142

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri