Icma.az
close
up
RU
Zoğal bu xəstəlikləri müalicə edir

Zoğal bu xəstəlikləri müalicə edir

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zoğal çox faydalı giləmeyvədir. Qədim zamanlardan bu giləmeyvə öz müalicəvi xüsusiyyətlərlə tanınır.

Zoğal C vitamini ilə zəngindir. Bu giləmeyvədə C vitamini sitrus meyvələrdə olduğundan çoxdur. C vitamini damaqları möhkəmləndirir. Məhz bu səbəbdən keçmişdə zoğal dişlərin tökülməsi ilə müşayiət olunan sinqa xəstəliyi ilə mübarizədə geniş istifadə olunurdu.

Zoğal həmçinin qədim zamanlardan bağırsaqları yığan təbii vasitə kimi tanınır. Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı təbii dərman kimi istifadə olunur. Belə dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə zoğal 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) və gündə 3 dəfə yeməkdən əvvəl içilir. Bu məqsədlə zoğal mürəbbəsini də istifadə etmək olar (1 xörək qaşığı zoğal + 1 stəkan qaynar su).

Uşaqlara ishal zamanı zoğal kiseli vermək çox yaxşıdır - bağırsaqlar həm təmizlnir, həm də yığılır. Ümumillikdə pektinlərlə zəngin olan zoğal bağırsaqları müxtəlif ziyanlı maddələrdən çox yaxşı təmizləyir.

Zoğal həzm prosesləri yaxşılaşdırır, iştahanı artırır, qıcqırmanı azaldır, ödqovucu təsir edir.

Zoğal arterial təzyiqi normallaşdırır, "pis" xolesterinin səviyyəsini aşağı salır, qanın tərkibini yaxşılaşdırır, sklerozun qarşısını almağa kömək edir.

Zoğalın tərkibində olan rutin maddəsi damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, iltihabı və ödemi azaldır. Bu səbəbdən damar xəstəliklərindən əziyyət çəkən insanlar bu giləmeyvəni tez-tez qəbul etməlidir.

Zoğal qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən şəkərli diabet zamanı xeyirlidir. Həmçinin zoğal mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır.

Zoğal iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir. Zoğal dəmləməsi soyuqdəymə və kəskin respirator infeksiyaları zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini möhkəmləndirir.

İmmun sistemini möhkəmləndirmək üçün zoğal çayından istifadə edin. 1 xörək qaşığı təzə zoğal 1 fincan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için.

Sidik kisəsi və sidik yolları iltihabları zamanı zoğal sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur. Bu məqsədlə zoğal və onun yarpaqları istifadə olunur.

Zoğal podaqra və artritdən əziyyət çəkən insanlar üçün xeyirlidir.

Xalq təbabətində zoğal yarpaqlarından da geniş istifadə olunur. Damaq xəstəlikləri və iltihabları zamanı, ağız boşluğu iltihabları zamanı zoğal yarpaqlarının dəmləməsi çox yaxşı kömək edir.

Zoğal orqanizmdə gedən mübadilə prosesləri yaxşılaşdırır, piylərin daha tez parçalanmasını təmin edir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri