Icma.az
close
up
RU
Zolağından çıxan avtobus sürücüləri bu qaydanı pozur DYP dən AÇIQLAMA

Zolağından çıxan avtobus sürücüləri bu qaydanı pozur DYP dən AÇIQLAMA

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Yollarda çəkilən avtobus zolaqları ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu zolaqların tıxacları daha da artırdığı iddia olunur. Son günlərdə sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi avtobus sürücülərinin məhz bu zolaqlardan istifadə etməməsi digər sürücülər arasında narazılığa səbəb olub. Belə ki, vətəndaşlar bildirirlər ki, əgər digər nəqliyyat vasitələrinin avtobus zolağına daxil olması qadağandırsa, avtobus sürücüləri də yalnız həmin zolaqla hərəkət etməlidirlər. Əks halda, onlar da qayda pozuntusuna görə cərimələnməlidirlər.

Bəs, bu zaman həmin avtobus sürücülərinə cərimə tətbiq olunurmu?

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Baş DYP İdarəsinin Baş inspektoru Elvin Hacıyev Milli.az-a bildirib ki, sərnişinlərin təhlükəsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib. Onun sözlərinə görə, digər  nəqliyyat vasitələri  avtobus zolaqlarına daxil olduqları halda cərimələnsələr də, zolaq ola-ola avtobuslar istədikləri vaxt digər nəqliyyat vasitələrinin yoluna çıxırlar. Bunu isə bəzən məcburiyyətdən etdiklərini deyirlər:

"Bəzi hallarda avtobus zolağı olduğu halda həmin avtobus sürücüləri digər nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlarla hərəkət etdikləri hallar müşahidə olunur. Nəzərə almaq lazimdır ki,  avtobus zolaqları 1.1 üfüqi nişanlama xətti ilə digər zolaqlardan ayrılır.Avtobusun digər zolağa keşməsi istər- istəməz həmin 1.1 yəni, düz xətt üfüqi nişanlama xəttinin tələbinin pozulmasıdır. Bu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə edilir".

E.Hacıyev nəzərə çatdırıb ki, avtobus zolağından çıxdığı halda, istəmədən qayda pozuntusu etmiş olur. Lakin bu onun cərimədən yayınmasına əsas deyil:

"Digər nəqliyyat vasitələrinin avtobus zolağına keçməsinə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsinə əsasən Yol hərəkəti haqqında  Azərbaycan Respublikasının Qanunun yol verdiyi hallar istisna olmaqla 5.9 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri ücün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin avtobus zolağında hərəkət etməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Noyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri