Icma.az
close
up
RU
Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir QAYDA

Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir QAYDA

Icma.az bildirir, Milli.az portalına istinadən.

Yollarda çəkilən avtobus zolaqları ictimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Bu zolaqların tıxacları daha da artırdığı iddia olunur. Son günlərdə sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi avtobus sürücülərinin məhz bu zolaqlardan istifadə etməməsi digər sürücülər arasında narazılığa səbəb olub. Belə ki, vətəndaşlar bildirirlər ki, əgər digər nəqliyyat vasitələrinin avtobus zolağına daxil olması qadağandırsa, avtobus sürücüləri də yalnız həmin zolaqla hərəkət etməlidirlər. Əks halda, onlar da qayda pozuntusuna görə cərimələnməlidirlər.

Bəs, bu zaman həmin avtobus sürücülərinə cərimə tətbiq olunurmu?

Məsələ ilə bağlı Baş DYP İdarəsinin Baş inspektoru Elvin Hacıyev Milli.Az-a açıqlamasında bildirib ki, sərnişinlərin təhlükəsiz və vaxtında ünvana çatmaları üçün paytaxtın müxtəlif küçələrində avtobus zolaqları çəkilib.

Onun sözlərinə görə, digər  nəqliyyat vasitələri  avtobus zolaqlarına daxil olduqları halda cərimələnsələr də, zolaq ola-ola avtobuslar istədikləri vaxt digər nəqliyyat vasitələrinin yoluna çıxırlar. Bunu isə bəzən məcburiyyətdən etdiklərini deyirlər:

"Bəzi hallarda avtobus zolağı olduğu halda həmin avtobus sürücüləri digər nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlarla hərəkət etdikləri hallar müşahidə olunur. Nəzərə almaq lazimdır ki,  avtobus zolaqları 1.1 üfüqi nişanlama xətti ilə digər zolaqlardan ayrılır.Avtobusun digər zolağa keşməsi istər- istəməz həmin 1.1 yəni, düz xətt üfüqi nişanlama xəttinin tələbinin pozulmasıdır. Bu zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə edilir".

E.Hacıyev nəzərə çatdırıb ki, avtobus zolağından çıxdığı halda ,istəmədən qayda pozuntusu etmiş olur. Lakin bu onun cərimədən yayınmasına əsas deyil:

"Digər nəqliyyat vasitələrinin avtobus zolağına keçməsinə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsinə əsasən Yol hərəkəti haqqında  Azərbaycan Respublikasının Qanunun yol verdiyi hallar istisna olmaqla 5.9 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri ücün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin avtobus zolağında hərəkət etməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir".

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri