Zoonoz epidemiyaların aşkarlanması üçün Milli Strategiya layihəsi hazırlanıb AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlar birgə fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva COP29 çərçivəsində keçirilən Vahid Sağlamlıq Konfransında çıxışı zamanı bildirib.
O, zoonoz xəstəlikləri erkən aşkarlamaq üçün çevik mexanizmlərin yaradılması, böhran vəziyyətlərinin idarə olunması və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqi məqsədilə beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində aidiyyəti qurumlar tərəfindən Milli Strategiya layihəsi hazırlandığını və bu gün təqdim olunacağını diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















