Narkotiklərə qarşı mübarizə üzrə Milli Strategiya Layihəsi hazırlanıb
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin doktorantı Vasif Quliyev "Azərbaycan Respublikasının narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin, onların analoqlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Milli Strategiya Layihəsi"ni hazırlayıb.
Qaynarinfo xəbər verir ki, layihə "Qanun” elmi hüquq jurnalının 2024-cü il buraxılışının 11-ci sayında dərc olunub.
Sözügedən "Milli Strategiya layihəsi” Azərbaycanda ilk dəfədir ki, tərtib edilib.
Layihənin əsas məqsədi respublika ərazisində narkomaniyaya, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə siyasətinin daha da səmərəli və effektiv həyata keçirilməsidir. Layihə o cümlədən əlavə zəruri institusional və antinarkotik maarifləndirmə tədbirlərinin gücləndirilməsini özündə ehtiva edir.
Eyni zamanda müəllif Milli Strategiyanın reallaşdırılması prosesində bir çox vəzifələrin o cümlədən ölkədə narkovəziyyətin analizi, regional xüsusiyyətlərin nəzərə alınması və s. kimi vacib detallara diqqət yetirib.
Onu da eyd edək ki, Milli Strateya Layihəsi Türkiyə, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və digər ölkələrin təcrübəsi nəzərə alınmaqla tərtib edilib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 06 Dekabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















