Zorakılığa məruz qalan uşağın anası tanınmış klinik psixoloqdur
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Bakıda Əliəşrəf Əlizadə 57 ünvanında yerləşən binanın liftində azyaşlıya qarşı zorakılıq edilib.
Bakıvaxtı.az xatırladır ki, sosial şəbəkələrdə yayımlanan görüntülərdə bir gəncin azyaşlını liftə minmək istəyərkən itələyib yıxdığı görünür.
Azyaşlının anası, tanınmış klinik psixoloq, təlimçi Fidan Abdulla da bu görüntüləri paylaşaraq, hadisədən sonra oğlunun gecə boyu yata bilmədiyini bildirib:
“Uzun müddət danışmadı, nitqi tutuldu, qorxudan əsirdi. Bir ana üçün övladını bu vəziyyətdə görmək və bu cür görüntüləri izləmək sözlə ifadə olunacaq qədər asan deyil”.
Onun sözlərinə görə, bu videonu paylaşmaqda məqsəd odur ki, hər kəs bu hadisədən xəbərdar olsun və övladlarını bu cür təhlükəli vəziyyətlərdən qorusun. Heç kim bilmir ki, sabah harada və nə ilə qarşılaşacaq.
Qeyd edək ki, azyaşlıya fiziki zor tətbiq edən 29 yaşlı Ayxan Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Murad Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 07 İyul 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















