Zorakılıq edən şəxs reabilitasiyaya cəlb olunmalıdır Millət vəkili
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Həssas qrupa aid olan əhali dövlət tərəfindən qorunur".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Nigar Məmmədova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Zorakılıq evdə bir nəfərə qarşı olursa, digər ailə üzvləri də bundan təsirlənir. Təklif edərdim ki, ölkədə psixoloqlar monitorinqdən keçirilsin. Yeni təhsilli psixoloqlar işə götürülməlidir. Psixoloqlar kateqoriyaya bölünür, uşaq, ailə, idman və s. Psixoloqlar hər tərəfli inkişaf etməlidirlər ki, problemlərə bir pəncərədən baxıb həll yolu tapmasınlar", - deyə N.Məmmədova qeyd edib.
Onun sözlərinə görə, məişət zorakılığı edən şəxslər ictimai qınağa məruz qalmalıdır: "Zorakılığa məruz qalanlarla yanaşı, zorakılıq edən şəxs də reabilitasiyaya cəlb olunmalıdır ki, səhvini başa düşməyə kömək olsun".
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















