“Zorge” parkının içindən yol salınıb? Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Rixard Zorge” adına parkdakı ağacların arasında yeni yol salınıb.
“Qafqazinfo” xəbər verir ki, bir müddət öncə bu barədə paylaşım edən memar Elçin Əliyev ərazidən fotolar paylaşaraq həmin ağacların sözügedən parkda onilliklər boyu bitdiyini əlavə edib.
Məsələ ilə bağlı elə Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya bu gün Ərazi-təşkilat məsələləri sektorunun müdiri Vaqif Zeynalov cavab verib: “Parkın ərazisində yerləşən binanın söküntüsü zamanı yaranmış tullantıların yük avtomobilləri ilə daşınması üçün müvəqqəti olaraq ərazidən istifadə edilib. Sözügedən sahə bərpa olunub. Sahənin mövcud vəziyyəti barədə fotoşəkil əlavə olunur”.
Lamiyə Məmmədova
Əvvəl
Sonra
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Mart 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















