Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Zorla çıxarılmış insanlar öz yurdlarına qayıdacaq

Zorla çıxarılmış insanlar öz yurdlarına qayıdacaq

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi XVIII əsrdən başlanıb. Ermənistan adlanan ərazidən azərbaycanlıların deportasiyası 1905-1920, 1948-1953, 1988-1992-ci illərdə aparılıb.

Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Zəngəzur mahalından didərgin salınıb. Sonuncu deportasiyada – 1988-ci ildə isə 300 minə yaxın azərbaycanlı erməni qəddarlığına tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan müsəlmanların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi-mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın etmişlər. Təkcə, 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2 mindən artıq qəbiristanlığı dağıdıblar. Haylar tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda, bu faktları gizlədib, dünya ictimaiyyəti isə bu analoqu olmayan cinayətkarlığa diqqətsizlik göstərib.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə İ.Stalinin xəyanəti nəticəsində həyata keçirilmişdir. Əgər Krım tatarlarını, çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırılıb köçürülmüşdülərsə, Qərbi Azərbaycandakı soydaşlarımızın köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.

Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün xüsusi siyasət yürüdüblər. Azərbaycanlılar isə həmin vaxtlarda ermənilərin bu iyrənc siyasətinin arxasında duran məqsədləri dərk etməyib və yaxud bunları dərk edən rəhbər kadrlar isə zamanında zərərsizləşdirilərək aradan götürülmüşdür. Çar Rusiyası tərəfindən İrəvana-Göyçə mahalına köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. Adqoyma mərasimlərində keşişlər də iştirak edib, hayları xaç suyuna çəkə-çəkə müsəlmanlara qarşı qəddar olmağı tövsiyə ediblər. O vaxtlar Qərbi Azərbaycanın – indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib. Lori mahalı – Azərbaycanın tarixi mahallarından biri kimi Səfəvilər dövləti zamanından etibarən qədim Oğuz türklərinin yaşayış məskəni olaraq mövcuddur.

1918-ci ildə erməni-daşnak hökumətinin silahlı dəstələri hücum edərək Lori və Pəmbək mahalı ərazilərini işğal etmişlər. 1919-cu ilin yanvarından Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı (əslində Lori zonası) neytral zona hesab edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü azad etməsindən narahat olan Gürcüstan hökuməti Lori neytral zonasına nəzarəti öz üzərinə götürür.

1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorinin Ermənistana verilməsi haqqında qərar qəbul edilir.

Beləliklə, Ermənistanın inzibati bölgüsündə Lori mahalı 4 rayon – Barana, Allahverdi, Cəlaloğlu və Varansovka rayonları şəklində formalaşmağa məcbur qalır.

Lori mahalının tarixi ilə bağlı ən maraqlı faktlardan biri də qədim Lori türk qalasının mövcud olması idi. Lakin bu qala 1236-cı ildə monqollar tərəfindən dağıdılmış, XIV-XV yüzillərdə təzədən bərpa olunmuşdur. Lori mahalı ilə birlikdə bütün Borçalı eli XVIII yüzilliyin əvvəllərində Gəncə bəylərbəyinin tərkibində olmuşdur. Lakin 1736-cı ildə Borçalı və Qazax mahalları Gəncə bəylərbəyindən alınıb Kartli-Kaxeti çarlığının tabeliyinə verilmişdir.

Erməni vandalları XX əsrin 1918 və 1920-ci illərində Qərbi Azərbaycanın ayrı-ayrı ərazilərində kütləvi qırğınlar törətmiş, İrəvan şəhərində, Zəngəzurda, Dərələyəzdə, Amasiyada, Göyçə mahalında insanları zorla damlara doldurmuş, od vuraraq yandırmış, Novruz bayramı günlərində neçə-neçə günahsız azərbaycanlını zorla öldürmüş və cəsədlərini arabalara doldurub Göyçə gölünə tökmüşlər.

1918-20-ci illərdə Amasiyadan erməni zülmündən yaxa qurtaran soydaşlarımız qarlı-çovğunlu günlərdə sıldırımlı dağları aşıb Türkiyənin Qars, İğdır və digər bölgələrinə üz tutmuşlar.

Vaxtilə erməni astronomu, qatı daşnak, akademik Viktor Hambarsumyan Ləmbəlinin üstündəki Heyvalı aşırımında dayanaraq heyrətlə bu yerləri seyr etmiş, buranı Ermənistanın Kaliforniyası adlandırmış və dərindən köks ötürərək “ancaq heyif ki, bu torpaqlarda türklər yaşayıblar” demişdi.

Ötən əsrin 80-ci illərinin sonunda Sovet imperiyasının başına gətirilən M.S.Qorbaçov kimi ermənipərəst və yarıtmaz rəhbərin himayəsi ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız öz ata-baba torpaqlarından zorla deportasiya edilmiş, 300 min azərbaycanlı qədim Oğuz ellərindən qovulmuşdur. Ermənistandan çıxarılarkən 217 nəfərdən artıq azərbaycanlı həlak olmuşdur. Bunlardan 20 nəfər yandırılmış, 35 nəfər müxtəlif işgəncələrlə öldürülmüşdür. Basarkeçər və Çəmbərək (Krasnoselo) rayonundan olan 70 nəfər uşaq, qadın və qoca dağlarda borana düşərək məhv olmuşdur. 18 nəfər güllə yarasından, 48 nəfər ağır döyülməkdən ölmüş, 10 nəfərin meyiti tapılmamışdır.

Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya olunmasından 37 il keçir. Doğma yurdlarından qaçqın düşmüş insanların hər biri yurd eşqi ilə yaşayır. Onlar əmindirlər ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra əsas hədəf Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 24 dekabr 2022-ci ildə bir qrup Qərbi Azərbaycandan ziyalı ilə görüşündə proqram xarakterli nitqində demişdir: “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.

Ələşrəf Həmzəyev,

Gəncə sakini, təqaüdçü.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri