Zubir: “Hisslərimi necə ifadə edəcəyimi bilmirəm”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasında “Ferentsvaroş”a məğlub olduqları (2:3) oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, “CBC Sport”a danışan yarımmüdafiəçi ümumi hesabda üstünlük və Liqa mərhələsinə vəsiqə əldə etmələri haqda bunları deyib:
“Çox xoşbəxtəm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Sevincli, çətin oyun oldu. Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi.
Qolumu Qurban Qurbanovla qeyd etmək öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını biliriəm. Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurbanov buna, bundan artığına layiqdir. İndi isə qələbənin dadını çıxarmaq lazımdır. Ümid edirəm ki, püşkatma da yaxşı olacaq”.


