“ZÜLFƏLİ İSMAYILOV BİZİ ALDATDI” Yasamalda evləri sökülən sakinlərə vəd olunan kompensasiya verilməyib / Video
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yasamal rayonu, Əjdər Xanbabayev, İsmayıl bəy Qutqaşınlı və Qədirli küçələrində evləri sökülən 40 nəfərə yaxın ailə tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edirlər:
“Cənab Prezident!
Yasamal rayonunun Əjdər Xanbabayev, İsmayıl bəy Qutqaşınlı və Qədirli küçələrində evləri sökülən sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov, Mənzil-Kommunal İstismar Sahəsi müdiri Sədulla Abıyev və maliyyə məsələlərinə cavabdeh olan Nazim Əliyev tərəfindən aldadıldıqlarını iddia edirlər.
Bizə müxtəlif vədlər verərək, bu işə yaramayanda isə hədə-qorxu gələrək, bizi evimizi dəyərindən ucuz qiymətə satmağa məcbur etdilər. Mənzillərimizin sahəsi düzgün ölçülməyib, həm də bazar dəyərindən aşağı qiymətə alınıb”.
Evləri sökülən bir qrup sakin Milli Məclisin önünə toplaşaraq, onlara evlərinin söküntüsü ilə bağlı verilən 2200 manatlıq hər kvadrat metr üçün ödənişin 2700 manata qaldırılmasına görə əlavə kompensasiya ödənilməsin tələb ediblər. Sakinlər bildiriblər ki, söküntü zamanı Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov məbləğinin artırılacağı halda onlara əlavə ödəniş ediləcəyinə söz verib, lakin indiyədək heç bir əlavə ödəniş edilməyib.
Evləri sökülən sakinlər qeyd edirlər ki, məbləğin artırılması ilə bağlı onlara kompensasiya verilməsi üçün Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Milli Məclisə müraciət ediblər və hazırda cavab gözləyirlər.
Qeyd edək ki, 2023-cü ildə sakinlərə mənzillərinin hər kvadrat metri üçün 2200 AZN təklif olunmuşdu. Hazırda bu məbləğ 2700 AZN-ə qaldırılıb, lakin sakinlərə vəd edilən əlavə kompensasiya ödənilmir.
Onu da bildirək ki, 2014-2019-cu ildə evləri sökülən “Sovetski” sakinlərinə sonradan kompensasiya ödənilib.
Sakinlərin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi dərc edirik:
Hazırladı: Jalə FAMİLQIZI
Share
Tweet
Email
Share
Share
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 17 Dekabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















