Icma.az
close
up
RU
Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəylinin irsi həmişə yol göstərir

Zümrüd Dadaşzadə: Üzeyir Hacıbəylinin irsi həmişə yol göstərir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 sentyabr,AZƏRTAC

Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi bu gün ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Musiqiçilər həmişə Üzeyir Hacıbəylinin yaradıcılığı ilə təmasdadır.

Bunu AZƏRTAC-a müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüf Dadaşzadə deyib.

“Üzeyir bəyin yaradıcılığında hansı sahəni ön plana çıxarmaq lazım olduğunu söyləmək çətindir. Onun əsərləri əbədiyaşardır və bizə yol göstərir. Alimlərimiz də Üzeyir Hacıbəylini dərindən tədqiq ediblər. Onların arasında görkəmli sənətşünaslar – Elmira Abbasova, Zemfira Səfərova, Zemfira Qafarova, Qubad Qasımovvə başaları yer alır. Xüsusilə Elmira Abbasova Üzeyir bəyin yaradıcılığına həsr olunmuş tədqiqatları ilə tanınır. O, son çıxışında bildirir ki, Üzeyir bəy haqqında əsas kitab hələ yazılmayıb və heç vaxt da yazılmayacaq, çünki onun sənəti hüdudsuzdur və hər yeni nəsil bu yaradıcılığa müraciət edərək yeni cəhətləri kəşf edəcək”, – deyə Zümrüd Dadaşzadə vurğulayıb.

Professor qeyd edib ki, özü də uzun illərdir Üzeyir Hacıbəylinin yaradıcılığı ilə yaxından tanışdır və onun hüdudsuz yaradıcılığını müşahidə edir. “Evimizdə Üzeyir bəyin əsərlərinə dair çox zəngin arxiv qorunub saxlanılır. Mənim babam Məhəmməd Arif Dadaşzadə Üzeyir bəyin fəaliyyətinə şəxsən tanış olub və onun “Koroğlu” operasının premyerası ilə bağlı materiallar hazırlayıb. Atam Araz Dadaşzadə da Üzeyir bəyə aid sənədləri toplayıb. Bu gün onları araşdırarkən görürəm ki, nə qədər zəngin material mövcuddur və Üzeyir Hacıbəylinin dünya musiqi tarixində rolu nə qədər böyükdür”, – deyə Əməkdar incəsənət xadimi qeyd edib.

O əlavə edib ki, Üzeyir Hacıbəyli yalnız Azərbaycan musiqi tarixinin deyil, eyni zamanda türk və müsəlman arealında bəstəkarlıq məktəblərinin formalaşmasında da mühüm rol oynayıb. Xalq artisti Əhməd Bakıxanov isə onu belə xarakterizə edir: “Üzeyir Hacıbəyli yalnız Azərbaycan bəstəkarlıq məktəbinin banisi deyil, ümumiyyətlə, milli bəstəkarlıq məktəblərinin təşəkkülündə iştirak edən əvəzsiz sənətkardır”.

“Biz fəxr edirik ki, Azərbaycan tariximizdə Üzeyir Hacıbəyli kimi böyük bir sənətkar var. Bizim borcumuz onun irsini yaşatmaq, ideallarını uca tutmaq və bu musiqi ilə yaşamaqdır. Mən inanıram ki, əgər biz Üzeyir Hacıbəyinin ideallarına sadiq qalsaq, həyatımız daha gözəl və mənalı olacaq”, – deyə Zümrüd Dadarzadə vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri