Icma.az
close
up
RU
Zurabişvili Gürcüstan Prezidenti postunu tərk etmək niyyətində deyil

Zurabişvili Gürcüstan Prezidenti postunu tərk etmək niyyətində deyil

Gürcüstan Prezidenti yeni parlament seçkiləri keçirilməyənə qədər kürsüsündən ayrılmayacağını bildirib

Gürcüstan Prezidenti Salome Zurabişvili dekabrın 29-da prezidentlik müddəti başa çatsa da, postunu tərk etməyəcəyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti İsveçrənin “Temps” qəzetinə müsahibəsində deyib.

Zurabişvili yeni parlament seçkiləri keçirilməyənə qədər kürsüsündən ayrılmayacağını bildirib və Avropa İttifaqını etirazçılara dəstək verməyə çağırıb.

Prezidentin sözlərinə görə, o, artıq hakim “Gürcü Arzusu” ilə heç bir əlaqə saxlamır.

Qeyd edək ki, dekabrın 14-də Gürcüstanda yeni sistemlə prezident seçkiləri keçirildi: ilk dəfə olaraq dövlət başçısını vətəndaşlar deyil, 300 nəfərdən ibarət seçici kollegiyası - ölkə parlamentinin, muxtar respublikaların məsləhət orqanlarının üzvləri seçdilər. Qalib yeganə namizəd (hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından) Mixail Kavelaşvili olub.

Eyni zamanda, Zurabişvili “heç kim heç kimi seçməyib” və “heç nə baş verməyib” deyə reaksiya verib. O, keçirilən səsvermənin legitimliyini tanımaqdan imtina edənlərə minnətdarlığını bildirib.

seeBaxış sayı:42
embedMənbə:https://ayna.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri