Icma.az
close
up
RU
13 yaşında Qarabağda döyüşmüş Rahib: “Bunu xatırlayanda çox pis oluram...

13 yaşında Qarabağda döyüşmüş Rahib: “Bunu xatırlayanda çox pis oluram...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Globalinfo.az 13 yaşında olarkən Birinci Qarabağ müharibəsində iştirak etmiş, son zamanlar görüntüləri ilə gündəm olan Rahib Şərifovla müsahibəni təqdim edir:

– Rahib bəy, çoxu sizi sadəcə son zamanlar yayılan görüntülərdən tanıyır. Təəssüf ki, bəziləri adınızı da bilmir. Özünüzü oxuculara təqdim edərdiniz.

– Mən Şərifov Rahib Zirəddin oğlu. 28 yanvar 1978-ci ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuşam. Elə məktəbi də öz doğma kəndimdə bitirmişəm. İmkansızlıqdan ali təhsil ala bilməmişəm.

– Döyüşə gedən zaman neçə yaşınız var idi?

– Həmin vaxt mənim 13 yaşım olub.

– Necə oldu ki, sizi o yaşda döyüşə apardılar?

– Bilirsiniz, məndə vətənpərvərlik hissi var idi. Düzdür, bəzi cavanlar döyüşdən yayınırdı, çoxu alver etmək üçün gedirdi. Həmin vaxt siqaret qıtlığı olduğundan əksəriyyəti gedib, siqaret gətirib satırdı. Amma mən başqa düşüncədə olmuşam. 14 yaşında İkinci Dünya müharibəsinə qatılan rusiyalı Pavlik Morozov haqqında məqalələr oxuyurdum. Elə vətənpərvərlik və istək oradan yarandı. Döyüş gedən zaman da qaçıb getdim cəbhə bölgəsinə.

– 13 yaşında olduğunuzu bildikdən sonra döyüşdə iştirak etməyinizə necə razı oldular?

– Razı deyildilər. Hətta məni geri qaytarırdılar. Amma dedim ki, qaytarsanız, yenə də qaçıb gələcəm. Gördülər əl çəkmirəm, məcbur qalıb apardılar.

– Neçə müddət döyüşdünüz?

– 3 il 3 ay döyüşlərdə iştirak etdim.

– Siz döyüşə gedən zaman ailə üzvləriniz razı oldular?

– Düzü, heç kim bilmirdi. Bilən kimi, rəhmətlik atam arxamca döyüş bölgəsinə gəlmişdi. Dedim ki, ya öləcəm, ya qalacam, amma evə qayıtmaram.

– Ailədə sizdən başqa bacı-qardaşınız var?

– Bəli, var. Biz 7 bacı-qardaşıq.

– Ailənizdə sizdən başqa döyüşdə iştirak edən var idi?

– Əlbəttə. Mən döyüşdə olan zaman qardaşım hərbi xidmətə yollandı. Döyüşlərdə qolunun birini itirib. Qazi kimi təqaüd alır.

– Sonralar nə üçün hərbçi olmadınız?

– Əslində, hərbçi olmaq arzum idi. Sadəcə, alınmadı. Elə ondan sonra Azərbaycanı tərk etdim… 27 il Rusiyada yaşadım. Burada sürücülük vəsiqəsi alıb, işləməyə başladım.

– Hansı ərazilərdə döyüşmüsünüz?

– Kəlbəcər, Ağdam, Murov, Gülüstan, Ağdərə və başqa ərazilərdə döyüşmüşəm.

– Hərbi xidmətdə olmusunuz?

– Xeyr, məni hərbi xidmətə də aparmadılar. Dedilər ki, mən artıq 3 ildən çox döyüşdə olmuşam. Hətta döyüşlərdən qayıtdıqdan sonra müharibə iştirakçısı olduğum üçün kommunal xidmətlərdən pulsuz istifadə edirdim.

– Hazırda veteran pulu alırsınız?

– Xeyr, heç müharibədə iştirak etməyimə dair sənəd də vermədilər. Biləcəri kommisarlığına getdim ki, mənə döyüşdə iştirak etdiyim üçün arayış versinlər, amma verilmədi. Ondan sonra boş verdim… İnanıram ki, Prezident İlham Əliyev mənim çıxışlarımı izləyib, özü buna qiymət verəcək.

– Bu zamana kimi sizinlə maraqlanan olub?

– Bir neçə gün öncə Yevlax Rayon İcra Hakimiyyətindən Anar bəy zəng edib, məni yanına dəvət etdi. Amma hazırda Gürcüstanda olduğum üçün gedə bilmirəm.

– Döyüşü necə xatırlayırsınız?

– Xatırlayanda çox pis oluram. Döyüş yoldaşlarımın çoxu rəhmətə gedib, şəhid olanlar oldu. Nə deyim daha… Amma sağ qalanlarla bəzən görüşüb, köhnə günlərə qayıdırıq (kövrəlir). Çox ağır günlərdən keçmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

– Döyüş zamanı yaşınız az olub. Şəhidləri görəndə, atışma səsi gələndə döyüşə getməyinizə peşman olmurdunuz ki?

– Vallah, yox. Bir dəfə də olsun ki, peşman olmadım. Əksinə, torpaqlarımız uğrunda döyüşdüyüm üçün sevinirdim.

– 44 günlük Vətən müharibəsində iştirak etmək üçün müraciət etmişdiniz?

– Açığı, Vətən müharibəsinə qatılmaq istəyirdim. Sadəcə, həmin vaxt Rusiyada idim, pandemiya zamanı idi, giriş-çıxış çətin olurdu deyə, Azərbaycana gedə bilmədim. Allah şahiddir ki, orada olsam, mütləq döyüşlərdə iştirak edərdim.

– 27 ildir ölkəni tərk etmisiniz. Rusiyada nə işlə məğulsunuz?

– 27 ilə yaxındır ki, sürücü kimi çalışıram. İndi bir neçə günlük Gürcüstana gəlmişəm.

– Azərbaycanda sonuncu dəfə nə zaman olmusunuz?

– Oktyabrın 4-də, yəni 13 gün əvvəl olmuşam Azərbaycanda. Orada olanda da arendaya maşın götürüb, işləyirdim ki, çörək pulum olsun.

– Hazırda Azərbaycan dövlətindən istəyiniz nədir?

– Mənim bir gözləntim var. Çox istərdim ki, müharibədə iştirak etməyimə dair “Müharibə veteranı vəsiqəsi” və medallarımı əldə edim. Mən olduqca vətənpərvər insanam. İstərəm öz ölkəmdə işlə təmin olunum və vətənimə qayıdım. Dövlətdən başqa heç nə istəmirəm. Vətənə xidmət etmək hər birimizin borcudur.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri