Icma.az
close
up
RU
Azadlıq meydanı açıldı

Azadlıq meydanı açıldı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Bakıda 2016-cı ildən bağlanan Azadlıq meydanı açılıb. 

Globalinfo.az bildirir ki, modern.az-ın Azadlıq meydanında olan əməkdaşının verdiyi məlumata görə, burada Formula-1 Qran Pri yarışlarının keçiriliməsinə xidmət edən qurğular tamamilə sökülüb və ərazidən yığışdırılıb.

Qeyd edək ki, hər il keçirilən Formula-1 yarışları başa çatandan sonra Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış beton sədlər sökülsə də, Azadlıq meydanındakı tikiliyə toxunulmur və növbəti ilə saxlanılırdı. Nəhayət həmin tikili də bütünlüklə sökülüb və Azadlıq meydanı tam şəkildə boşaldılıb.

Məlumata görə, Azadlıq meydanında aparılan təmizlik işləri 11-22 noyabr tarixləri aralığında Bakıda keçiriləcək COP29 tədbirilə əlaqədardır.

Xatırladaq ki, Formula-1 yarışlarının keçiriləməsi üçün müəyyənləşdirilən yol – Bakı Şəhər Halqası Azadlıq meydanından başlayır. Belə ki, Azadlıq meydanından baylayan Formula-1 treki Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür.

Formula-1 Azərbaycan Qran-Prisi daha 2 il Bakıda keçiriləcək. Yarışın Azərbaycanla bağlı müddəti 2026-cı ildə başa çatmalıdır.
2020-ci il dekabrın 10-da Azadlıq meydanında Qələbə paradı keçirilərkən də buradakı Formula-1 tikililəri sökülmüş və sonra yenidən tikilmişdi.

Azadlıq meydanı Bakının ən böyük meydanıdır, 1952-ci ildə şəhərin mərkəzində Hökumət Evinin tikintisindən sonra, onun qarşısında geniş meydan salınıb. 1960-cı ildə meydanın qarşısında Leninin heykəli ucaldılıb.
İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılıb. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanında Sovet hökumətinin Azərbaycana qarşı apardığı siyasətə etiraz əlaməti olaraq ölkə ictimaiyyətinin mitinqi başlanıb.

20 Yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edilib, daha sonra isə rəsmiləşdirilib. Hökumət evinin qarşısındakı Leninin nəhəng heykəli aşırılıb və onun yerində Azərbaycan bayrağı dalğalandırlıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri