Sərbəst güləşçilərimiz dünya çempionatını medalsız başa vurdular
Icma.az, Qol.az saytına istinadən bildirir.
Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatına (qeyri-olimpiya çəkiləri) yekun vurulub.
QOL.az xəbər verir ki, son gündə Azərbaycan millisinin 3 güləşçisi xalça üzərinə çıxıb.
61 kq çəki dərəcəsində təmsilçimiz Nurəddin Novruzov təsəlliverici görüşlərdə əvvəlcə Kosta-Rika təmsilçisi Peter Kudeyə, daha sonra Puerto-Rikodan Jozef Silvaya qalib gəlib. O, bürünc medal uğrunda dueldə monqolustanlı Tsoqbadrax Tseveensurenə uduzub.
Orxan Abasov (79 kq) təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) məğlub olub.
Abubakr Abakarov (92 kq) isə təsəlliverici görüşdə amerikalı olimpiya və 3 qat dünya çempionu Devid Teylora uduzub.
Bununla da sərbəst güləşçilərimiz yarışı medalsız başa vurublar.
Qeyd edək ki, DÇ-də Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















