Lavrov: Avropa açıq şəkildə Rusiya ilə silahlı münaqişəni planlaşdırır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa qarşıdakı üç-beş il ərzində Rusiya ilə silahlı münaqişə ehtimalını açıq şəkildə planlaşdırır.
APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vedomosti” qəzetində dərc olunan məqaləsində bildirilib.
“Avropada ölkəmizlə qarşıdakı üç-beş il ərzində silahlı münaqişənin baş verəcəyini açıq şəkildə proqnozlaşdırır, hətta planlaşdırırlar. Rusiya doktrinal sənədlərdə əsas, birbaşa və uzunmüddətli təhdid kimi təsbit edilir”, – Lavrov qeyd edib.
Nazirin sözlərinə görə, Avropa ölkələrində hərbiləşmə prosesi sürətlənir. Belə ki, bəzi ölkələrdə hərbi xidmətə çağırış sistemi bərpa olunur, nəqliyyat infrastrukturu hərbi ehtiyaclara uyğunlaşdırılır.
Bundan əlavə, hərbi mobillik dəhlizləri yaradılır, Avropanın şərq cinahında isə müdafiə istehkamları inşa edilir.
“Almaniya kansleri Fridrix Mertsin ölkəsinin quru qoşunlarını yenidən Avropanın ən güclü ordusuna çevirmək zərurəti barədə məşhur bəyanatı da yada düşür. Görünür, bunu bir daha sınamaq istəyirlər”, – Lavrov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 30 Noyabr 2026 02:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















