Icma.az
close
up
RU
1 milyard manatlıq korrupsiya iddiası: aylardır cavabsız qalan sorğu

1 milyard manatlıq korrupsiya iddiası: aylardır cavabsız qalan sorğu

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ilə bağlı ağlasığmaz korrupsiya iddiaları ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, “Gununsesi.info”nun məlumatına görə, aparılan yoxlamalar nəticəsində son illərdə təxminən 1 milyard manat dövlət vəsaitinin mənimsənildiyi müəyyən olunub.

Bildirilib ki, bu vəsaitin geri qaytarılması ilə Saleh Məmmədovdan tələb olunub. “Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək”, - deyə mənbə bildirib.

“Daha əvvəl 400 milyon manatlıq vəsaitin yoxa çıxmasından bəhs edilsə də, hazırda bu rəqəmin 1 milyard manatı keçdiyi iddia olunur”.

Qurumda aşkar olunduğu iddia edilən maliyyə pozuntuları və 1 milyard manata yaxın vəsait itkisi ilə bağlı rəsmi mövqeyiniz nədir?

Yaranan sualla bağlı aprelin 3-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlanladıq. Qurumdan bildirildi ki, sorğu rəsmi formada elektron poçt ünvanlarına göndərilməlidir.

Sorğu tələb olunan qaydada göndərildi.

3 gün sonra sorğunun aqibəti ilə bağlı müraciət etdikdə dedilər: “Səbir edin, sorğuların cavablandırılması müəyyən müddət tələb edir”.

Lakin artıq iyun ayı olmasına baxmayaraq, sorğu cavabsız qalıb.

İyunun 3 ə-də yenidən müraciət edərək sorğunun vəziyyəti ilə bağlı məlumat istəsək də, cavab verilməmişdi. İyunun 5-də zəng edib soruşduqda isə: “Yadda deyil, yenidən göndərin, dəqiqləşdirib məlumat verəcəyik” dedilər.. İyunun 11-də bir daha sorğunun taleyi ilə bağlı müraciət elədik, ancaq yenə də cavab olmadı. Sonuncu dəfə isə dünən sorğu ilə bağlı yazaraq açıqlama istədik, lakin heç bir cavab verilmədi.

Beləliklə, aylardır davam edən sorğulara baxmayaraq, konkret nəticə əldə olunmayıb.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyun 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri