“Sabah”ın qapıçısı Avropa nəhənglərini geridə qoydu
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində fərqlənən futbolçular sırasında yer alıb.
Milli.Az xəbər verir ki, təcrübəli qolkiper qurtarış sayına görə turnirin bütün həmkarlarını qabaqlayaraq ilk pilləyə yüksəlib.
33 yaşlı qapıçı beş tur ərzində rəqib futbolçuların 31 zərbəsinin qarşısını almağa nail olub. Bu göstərici ilə "Sabah"ın kapitanı Çempionlar Liqasının əsas mərhələsinin ən çox seyv edən qapıçısı olub.
Qeyd edək ki, Bakı təmsilçisi son turda "Barselona" ilə üz-üzə gəlib. Qarşılaşma Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" bundan əvvəl "Mançester Yunayted"ə 0:4, Dortmund "Borussiya"sına və "Vikinq"ə 1:4 hesabı ilə məğlub olub. Komanda yeganə qələbəsini Çexiyanın "Slaviya" klubu üzərində 2:0 hesabı ilə qazanıb.
Azərbaycan təmsilçisi növbəti sınağına dekabrın 8-də çıxacaq. "Sabah" səfərdə İspaniyanın "Vilyarreal" klubu ilə qarşılaşacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Noyabr 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















