1 saylı Dəri Zöhrəvi Dispanserdə saxta əlillik və dərman qalmaqalı İDDİA VİDEO
Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Məlumata görə, paytaxtın mərkəzində – Bülbül prospektində yerləşən 1 saylı Dəri-Zöhrəvi Dispanserdə ciddi qanun pozuntuları baş verib. İddialara əsasən, sözügedən tibb müəssisəsində rəhbərlik tərəfindən bəzi şəxslərə saxta əlillik dərəcəsi almaq üçün saxta xəstəlik tarixçələri açılır və formal olaraq xəstəxanada yatmaları təmin olunur.
Əldə etdiyimiz məlumata əsasən, bu prosesin qarşılığında qeyri-rəsmi ödənişlər tələb olunduğu bildirilir. Lakin daha ciddi narazılıq doğuran məsələ isə dövlət tərəfindən ayrılmış pulsuz dərmanların həmin "saxta xəstələrə" belə verilməməsi olub. Bu səbəbdən bir qrup şəxs dispanserdə etiraz səsi qaldırıb və narazılıqlar gərginliyə səbəb olub. Mülki vətəndaşlar arasında qarşıdurma yaşandığı, təhlükəsizlik əməkdaşlarının hadisəyə müdaxilə etməli olduğu bildirilir.
Məsələ ilə bağlı aidiyyəti qurumların – Səhiyyə Nazirliyi və ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsələyə dərhal müdaxilə etməsi və araşdırmalara başlanması tələb olunur.
Məsələni diqqətdə saxlayırıq. Əlavə məlumat olduqda yenilənəcək.
Bakunews.az
Baxış sayı:85
Bu xəbər 23 İyun 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















