Icma.az
close
up
RU
1 sentyabrda Avropanın ümumi konsensusu Cənubi Qafqazda sülhü tam bərqərar edəcək qərarlarla nəticələnə bilər

1 sentyabrda Avropanın ümumi konsensusu Cənubi Qafqazda sülhü tam bərqərar edəcək qərarlarla nəticələnə bilər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Finlandiya hər zaman Cənubi Qafqaza ümumi region kontekstində yanaşıb və burada balanslı siyasət yürütməyə çalışıb. Hətta o dərəcədə ki, 3 ölkəyə ayrı-ayrı deyil, vahid səfir təyin edir. Bununla yanaşı bu münasibət beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şəkildə təzahür edir. Yəni, Finlandiya ərazi bütövlüyü prinsipi əsasında separatizmdən əziyyət çəkən Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıyır, lakin bununla yanaşı, Ermənistanla da sıx və isti münasibəti olan ölkədir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, ATƏT-in Minsk Qrupu formatında regional proseslərə müdaxil olan Finlandiya hətta bir zamanlar, 1995-1996-cı illərdə Qrupun həmsədrlərindən olub: “1992-ci ildə təsis olunan Minsk Qrupunda əvvəlcə İtaliya aktiv idi və onun XİN-i Mario Rafaelli qrupa sədrlik edirdi, lakin vəzifənin ağırlığına görə italyanlar bundan imtina etdilər. Daha sonra İsveç və Rusiya həmsədr oldu, lakin isveçlilər də bu vəzifədən imtina etdilər. Finlandlar da həmsədrlikdən imtina etdikdən sonra, 1997-ci ildə daimi üçlük formatı - Rusiya, ABŞ və Fransadan ibarət troyka prosesi idarə etməyə başladı. Lakin bu idarəetmə münaqişənin həllinə deyil, işğalın və de-fakto vəziyyətin uzadılmasına, başqa sözlə erməni maraqlarına xidmət edirdi. Odur ki, mövcud olduğu illərdə Minsk Qrupu heç bir fayda verməyib və ölü bir qurumun hazırda diplomatiya səhnəsindən silinməsinə günlər qalıb. Hələ 2014 və 2016-cı il eskalasiyalarından dərhal sonra “münaqişənin hərbi yolla həlli yoxdur” deyə çıxış edən həmsədrlər bu gün Azərbaycanın hərbi yolla yaratdığı reallığı qəbul etməli olurlar və 30 illik uğursuz diplomatik trekin artıq davam etdirilməsinin mümkünsüzlüyünü və faydasızlığını etiraf edirlər”.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə qeyd edib ki, bu qrupun ləğvi həm də regionu daha çox sülhə yaxınlaşdıran addım olaraq Azərbaycanın haqlı tələbi və sülh müqaviləsinin imzalanması üçün 2 şərtindən biridir.

Politoloqun fikrincə, 8 avqust 2025-ci il Vaşinqton zirvəsində sülhün paraflanması ilə yanaşı Minsk Qrupunun ləğvi üçün birgə müraciət barədə razılığın əldə olunması tarixi gedişdir və bu, Minsk Qrupunun ləğvi istiqamətində atılan vacib addımdır.

“Artıq ATƏT-ə bu barədə müraciət ünvanlanıb və 1 sentyabrda ATƏT-in Nazirlər Şurasında bu müraciət müzakirə ediləcək. Bu müzakirənin formal xarakter daşıyaraq tarixi 8 avqust razılaşmasına dair qərarın icrası ilə nəticələnəcəyini təxmin etmək olar. Hazırda Finlandiya ATƏT-in sədri vəzifəsini yerinə yetirdiyi üçün prosesin idarəsində aparıcı ölkə olaraq görünə bilər, lakin Finlandiyanın prosesin gedişinə hər hansı xüsusi təsiri yoxdur. Burada 57 üzv ölkənin konsesusu tələb olunur və ümumilikdə ATƏT, o cümlədən Finlandiya artıq 8 avqust razılaşmasını, yəni həm də Minsk Qrupunun ləğvi ilə bağlı razılaşmanı müsbət qarşılayıb”-deyən Şəhla Cəlilzadə bildirib ki, 1 sentyabrda Avropanın ümumi konsensusu Cənubi Qafqazda sülhün tam bərqərar olmasına gətirib çıxaracaq mühüm qərarlarla nəticələnə bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Avqust 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri