Icma.az
close
up
RU
1 yaşlı yaradıcı qrup

1 yaşlı yaradıcı qrup

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Aprelin 13-ü “Retro Şam” restoranında “Təxəyyül Art Group” un yaranmasının bir illik yubileyi münasibəti ilə kitab - kataloqun təqdimatı keçirildi. 

Layihənin ideya müəllifləri - Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan xalçaçıları ictimai birliyi, Miras ictimai birliyinin üzvü, “Təxəyyül Art Group” un yaradıcısı və rəhbəri, xalçaçı rəssam - Natiq Nəcəfzadə,  həm də kitabın tərtibatçısı olan rəssam - qrafik dizayner, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan xalçaçıları ictimai birliyi, UASB, Miras ictimai birliyinin üzvü, ilin peşəkar gənci - Vüsalə Yunusovadır.

Məsləhətçiləri isə - “Alaş” mükafatı laureatı - Əkbər qoşalı, Dosent - Gülağa Ələsgərov, Professorlar - Röya Tağıyeva və Kübra Əliyevadır.

Tədbirin təşkil olunmasında əsas məqsəd  bir il ərzində qrupun təşkil etdiyi tədbirlərin hesabatını, sənət adamlarının əsərlərini və özləri haqqında məlumatları bölüşməkdir. 

Kitabda bir çox görkəmli şəxsiyyətlər də yer alıblar.

Qrupun rəhbəri Natiq Nəcəfzadə tədbiri giriş sözü ilə açaraq, gələn qonaqlara və bütün iştirakçılara öz ürək sözlərini çatdırdı. Sonra təbrik üçün söz qrupun müavini, istedadlı rəssam-dizayner Vüsalə Yunusovaya verildi. V. Yunusova çıxış edərək, bir il ərzində qrupun keçdiyi yoldan, təşkil olunan lahiyələrdən danışdı. 

Həmçinin tədbirin fəxri qonaqları - Beynəlxalq “Alaş” mükafatı laureatı, şair Əkbər Qoşalı, Texnika üzrə elmlər namizədi Gülağa Ələsgərov, şair  Bayram Aşıqlı,  Səttar Qarağaclı, İlham Qazaxlı, və digər ziyalılar çıxışlarında tədbir iştirakçılarına və qrupun üzvlərinə öz təbriklərini çatdırdılar.

Sonra kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə kitab - kataloq, təşəkkürnamə və Sertifikatlar verildi. Xanımlara isə hədiyyələrdən əlavə, qızılgüllər təqdim olundu.

Tədbirin bədii hissəsində  “Simurq” mükafatı laureatı, bəstəkar-ifaçı  Çilənay Hüseynova, qrup üzvləri - Günay Əsgərova və Xalidə Kazımova duetlərlərlə çıxış etdilər. Olqa Bağırova və Vüsalə Yunusovanın ifasında “Bello Çao” mahnısı, vokalistlər Aynur və Vüsalə Yunusova bacılarının ifasında isə Niyazinin  “Arzu” romansı səsləndirildi.

Aşıqlardan Nərmin Cəlalzadə, Elçin İsmayıllı, Təbriz Gədəbəyli gözoxşayan ifaları, Rasimə Əhmədova “Qaşı gözü qara qız” və “Tərəkəmə”, Nino Özbetelaşvili, Yəhya Cəlilov “Qara gözlər”, İlham Əsgəroğlu, həmçinin, qrupun xanım üzvləri “Arşın Malalan” kinofilmindən göstərdikləri kəlağayı rəqs ifaları ilə gələn qonaqlar tərəfindən çox gözəl qarşılandılar. Sonda Xatirə fotoları çəkildi,  yubiley tortu kəsildi. Qrup dəftərinə xatirə ürək sözləri yazıldı.

Qeyd edək ki, yaradıcı insanları bir yerə yığan “Təxəyyül Art Group”un əsası 13 aprel 2024-cü ildə qoyulmuşdur.

Qrup üzvü, rəssam-sənətşünas Mansırova Şahanə XQ-nə “Təxəyyül Art Group”un 1 yaşı münasibəti ilə müsahibə verdi:

-Bu kitab-kataloqun ərsəyə gəlməsində sənətşünas kimi iştirak etmişəm. Təxminən 4-5 ay olar bu qrupun üzvüyəm. Buna görə çox şadam. Bu gün isə 1 yaşına toplaşmışıq. Düşünürəm ki, burada adi insanlar yox, məhz incəsənətin hər sahəsində yaradıcı olan adamlar bir yerə yığışıblar. Təxəyyülü sərhədsiz olan insanlardan az da olsa nəsə öyrənmək, onlarla ünsiyyətdə olmaq qürurvericidir. Biz həm də bir ailəyik. Çalışaq, bu böyük ailə həmişə yaşasın və yaratsın. 

Fidan SALMANOVA

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri