Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

10 AZN lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır SİYAHI KONKRET

10 AZN lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır SİYAHI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Hüquqi ünvanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 102 olan “Laguna Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 2025-ci il üzrə əldə etdiyi tenderlərin siyahısı açıqlanıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi Ramil Əsgər oğlu Əsgərov olan “Laguna Group”a ilin əvvəlindən noyabr ayınadək 7 tender verilib.

Siyahını təqdim edirik:

“AzInTelecom” MMC (Kommersiya məqsədli tədbirlərin təşkili xidmətləri) 108 088 AZN,

Mənəvi Dəyərlərin Təbliği Fondu (Ramazan bayramı ilə əlaqədar Türkiyə və Gürcüstan Respublikalarında iftar süfrələrinin təşkil edilməsi – satınalma keçirilməyib, yəni birbaşa müqavilə bağlanıb) 198 948 AZN,

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (2025-ci il üzrə bayram tədbirlərinin keçirilməsi) 6 501 564 AZN,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (Qonaqların qəbulu ilə bağlı xidmətlər) 151 181 AZN,

“İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – Azpromo” publik hüquqi şəxsi (“İqtisadi Əməkdaşlıq Təşkilatının” (İƏT) 17-ci Zirvə Görüşü çərçivəsində keçiriləcək 6-cı İƏT Biznes Forumunun keçirilməsi ilə bağlı bir sıra xidmətlər – satınalma keçirilməyib, yəni birbaşa müqavilə bağlanıb) 565 949 AZN,

Mənəvi Dəyərlərin Təbliği Fondu (Mənəvi və dini dəyərlər sahəsində maarifləndirici tədbirlərin təşkili) 54 715 AZN,

Quba Rayon İcra Hakimiyyəti (Zəfər günü ilə bağlı keçirilən tədbir xidmətləri) 181 580 AZN.

Bu şirkətə verilən tenderlərin ümumi həcmi 7 762 025 AZN-dir.

Y.Rəfiyevin qardaşı Müzadil İlqar oğlu Rəfiyevə məxsus olan “Aqroman” MMC də milyonluq tenderləri əldə edən tikinti şirkətləri sırasındadır.

“Aqroman”ın 2025-ci üzrə aldığı tenderlərin də siyahısını təqdim edirik:

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi (Səkilərin bərpası və cari təmir işləri) 98 682 AZN,

Dövlət Miqrasiya Xidməti (cari təmir işləri) 184 025 AZN,

“Naxçıvan Yol Təchizat” MMC (Babək rayonu, Culfa rayonu, Ordubad rayonu, Kəngərli rayonu və Şərur rayonu ərazilərində torpağın, qum-çınqılın qazılıb avtomaşına yüklənməsi və asfalt-betonun daşınması xidmətləri) 1 285 628 AZN,

“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu (Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 69 ünvanında yerləşən FHN TTNDA “Azərdövlətsənayelayihə” DLİ-nun inzibati binasının dam örtüyünün cari təmir işləri) 61 550 AZN,

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (Xocalı rayonu, Xanabad kəndində bir sıra fərdi yaşayış evlərinin cari təmiri işləri – satınalma keçirilməyib, yəni birbaşa müqavilə bağlanıb) 5 841 400 AZN,

“Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu” publik hüquqi şəxsi (cari təmir işləri) 34 810 AZN,

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin mənzil-kommunal və təmir xidməti (Şuşa şəhəri, Xankəndi yolu istiqamətində yerləşən istinad divarlarının və qoruyucu dəmir barmaqlıqların təmir-bərpa işləri) 110 078 AZN.

Bu şirkətin də tenderlərinin həcmi 7 616 173 AZN-dir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Heybətqulu Məmmədbəyli küçəsi, ev 8-dir.

Göründüyü kimi, iki şirkət təkcə 2025-ci il üzrə 15 378 198 manatlıq tender əld edib.

Bu ünvanda daha bir şirkət qeydiyyatdadır – “Laguna Travel” MMC. Qanuni təmsilçisi Rəşid İlham oğlu Əliyev olan şirkətin dövlətə 13 797 AZN borcu var.

Nazir müavininə yaxınlığı ilə tanınan şirkətlərin bu həddə tender əldə etməsi müzakirələrə səbəb olub. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə görə, vəzifəli şəxsin birbaşa və ya dolayı şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozuntusu hesab edilir.

Y.Rəfiyevin və adıçəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Noyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri