10 cüdoçumuz Əbu Dabi turnirində
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə “Böyük Dəbilqə” turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, ölkəmizi bu mötəbər yarışda təmsil edəcək idmançılar müəyyənləşib. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Yığmanın heyətində Əhməd Yusifov, Balabəy Ağayev (60 kiloqram), Ruslan Paşayev, Rəşad Yelkiyev (66 kiloqram), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (73 kiloqram), Murad Fətiyev, Aslan Kotsoyev (90 kiloqram), Camal Qamzatxanov və Uşanqi Kokauri ( +100 kiloqram) yer alıblar.
Üç gün davam edəcək turnirdə 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) qüvvəsini sınayacaq.
Qeyd edək ki, ACF-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 26 Noyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















