Icma.az
close
up
RU
10 qəpiyin söhbətini edirsiniz?.. FELYETON

10 qəpiyin söhbətini edirsiniz?.. FELYETON

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İki gündür camaat az qalır çörəyin qiymətini qaldıranları öldürsün. Bəlkə də əllərinə düşsələr, vallah öldürərlər. Nədir, nədir ki, çörəyin qiymətini 10 qəpik qaldırıblar. Hə, nə olsun ki?..

Başlamısınız sosial şəbəkələrdə ağzınıza gələni danışmağa. Ay qardaş, ay bacı, çörəyin qiymətini də qaldırıblar, çəkisini də. Nə üçün narahatsınız? İtirdiyiniz nədir ki?

Hələ inanın ki, bu sizə sərf edir. Nə üçün? Ona görə ki, çörəyin qiymətini qaldıranlar deyir ki, əvvəl çörəyin çəkisi az idi, quru olurdu, qiyməti qaldırdıq ki, çəkini də qaldıraq ki, qurumasın, camaata keyfiyyətli çörək sata bilək.

Bax, çörəkçilər sizin qədrinizi belə bilsin, siz də onların haqqını belə verəsiniz? Axı, vallah, bu, doğru deyil. Göydən Allah baxır. Haqsızlıq etmək düzgün deyil.

Səhər tezdən işə gəlirəm. Görürəm, küçədə iki qadın söhbət edir. Biri gileylənir ki, bir bölük külfətəm. Hər gün 4-5 çörək alıram. İndi 50 qəpik artıq verməli olacağam. Onun da üstü quru, içi xəmir olur, içini oyub götürür, qabığını yeyirik. Ay bacı, bu qədər də qiymət qalxar? Hər gün gedirsən marketə ki, dünən gördüyün qiymət yoxdur ey, 1-2, 5 qəpik arta-arta gedir. Bunların heç Allahı yoxdur?

İstədim deyəm ki, ay xala, çörəyin çəkisini o qədər qaldırıblar ki, əvvəl almırdın 4-5-ini, indi onu 3-ü əvəz edir də. Elə bil giley etməyə öyrəşmisiniz ey...

Dedim birdən xala mənə elə söz deyər ki, yapışıb yerimdəcə qalaram, işə yubanaram. Elə buna görə də oradan yavaşca və səssizcə ötməli oldum. Lakin yolboyu öz-özümə deyinməyə başladım: görəsən bizim millət nə üçün bu qədər çörək yeyir? Ay balam, bir halda ki, çörəyin içi də xəmir olur, onda “ətin çiyi ət gətirər, çörəyin çiyi dərd gətirər” kəlamını da xatırlayın da...

Elə hey deyinirsiniz ki, nə üçün çəkimiz artır. Vallah, çörəyi çox yeməkdəndir. Hər gün bir parça çörək ye, görək çəkin nə üçün artır? Yoxsa səhər, günorta, axşam, hər dəfə bir parça çörək, çəki artacaq da.

Beləliklə, vallah çörəkçilər qədrinizi sizdən çox bilir. Yəni, görünən odur. Çörəyin qiymətini 10 qəpik artırmaqla, bir tərəfdən də demək istəyirlər ki, az al, az ye, çəkin və sağlamlığın yerində qalsın.

İndi gəlin, deyin görək, kimin etirazı var? Az yeyin də bu çörəyi. Az yeyin ki, az da danışasınız. Qalxıb, qalxıb da qiyməti. Ağlınız əvvəllərə getməsin, indi nəzarət var, çəkisi də belə artıq olaraq davam edəcək. Belə getsə, heç yeyib qurtara da bilməyəcəksiniz, qırım-qırtanı da toyuq-cücəyə verəcəksiniz.

Bəs nə istəyirsiniz? İndiyədək quru çörəyə verirdiniz 55 qəpik, indi ətli-qanlı, yumşaq çörəyə verəcəksiniz 65 qəpik. Üstəlik həm özünüz qidalanacaq, artığını isə heyvanınıza verəcəksiniz. Bunun qarşısında 10 qəpiyin söhbətini necə edirsiniz?

Qaldı qara çörək növlərinə, onsuz da bu çörəyi alanlar xəstə idi ki, qara çörək alırdı, həm də onu iki günə yeyirdi. İndi onların qiyməti də qalxdığı üçün yedikləri qədəri bir az da azaldıb üç gün yesinlər, burada nə var ki?

Nə qədər az çörək yesəniz, o qədər sağlam olarsınız. Artıq çəkidən yolda yeriyə, bir iş görə bilmirsiniz. Çörəyi az yeyin ki, yerişiniz sürətlənsin, iş görməyə gücünüz çatsın.

Bir sözlə, 10 qəpiyin söhbətini etməyin, vallah ayıbdır, bu, bizə yaraşan söhbət deyil. Bir halda ki, çörəyin elə özünə and içirlər ki, bunu qurumağın qarşısını almaq üçün ediblər, ta bu qədər ağartmayın...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see328

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see256

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see245

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see225

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see222

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see208

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see207

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see206

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see205

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see202

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see191

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see172

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see171

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see170

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see166

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see165

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see165

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see161

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see161

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri