10 yaşlı qıza qarşı əxlaqsızlıq edən 44 yaşlı kişiyə hökm oxundu
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şamaxıda 10 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin 44 yaşı var.
Rasim (ad şərtidir) qohumu olan 10 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.
Özünə məxsus telefonda ona videolar izlədib. Ardınca da uşağa əxlaqsız təkliflər edib. Uşaq ondan qorxaraq evə qaçıb.
Qızın valideynlərinin şikayəti əsasında Rasim saxlanılıb və məsuliyyətə cəlb edilib.
Məhkəmə istintaqı zamanı Rasim baş verənlərə görə üzr istəyib. İstintaqda etirafedici ifadə versə də, məhkəmədə özünü təqsirli bilməyib. Azyaşlının valideynləri Rasimi bağışlayıb.
Hökmə əsasən, Rasim 2 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Mart 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















