100 mində bir: Fotoqraf dünyanın ən nadir canlılarından birini çəkməyə müvəffəq oldu
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belçikalı fotoqraf İv Adams dünyanın ən nadir canlılarından sayılan tamamilə qara pinqvinin görüntüsünü çəkməyə müvəffəq olub.
Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, unikal nümunə Atlantik okeanının cənubunda Sent-Endryus körfəzində müşahidə edilib.
Adamsın sözlərinə görə, həmkarından bu ərazidə qara pinqvinin olması barədə məlumat alan kimi nadir quşu çəkmək fürsətini qaçırmaq istəməyib və dərhal çimərliyə yollanıb.
"Bütün bunları çəkə bildiyim üçün çox xoşbəxt idim", - deyə belçikalı fotoqraf öz emosiyalarını bölüşüb.
Adamsın sözlərinə görə, tamamilə qara pinqvinə rast gəlmək ehtimalı təxminən 100 mində birdir.
Bu quşlar nadir genetik melanizm mutasiyasının daşıyıcılarıdır, bu səbəbdən onların lələkləri kömür kimi qara rəng alır. Təəssüf ki, bu xüsusiyyət onları yırtıcılar qarşısında daha həssas edir.
Adams ümid etdiyini bildirib ki, onun fotoşəkilləri digər səyahətçiləri və vəhşi təbiət həvəskarlarını bu nadir növü axtarmağa ruhlandıracaq.
100 mində bir: Fotoqraf dünyanın ən nadir canlılarından birini çəkməyə müvəffəq oldu
100 mində bir: Fotoqraf dünyanın ən nadir canlılarından birini çəkməyə müvəffəq oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Noyabr 2024 06:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















